Kişilərin sağlamlığına zərərli idman növləri
İstənilən fiziki fəaliyyət sağlamlıq üçün faydalıdır. Lakin həkimlərin sözlərinə görə, bəzi idman növləri xüsusilə kişilərin sağlamlığı üçün risk yarada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər kişi orqanizminə mənfi təsir göstərən idman növlərini açıqlayıblar.
Velosiped sürmə
Ekspertlərin fikrincə, ən riskli idman növlərindən biri velosipeddir. Velosiped sürmə ayaq əzələlərini gücləndirsə, dözümlülüyü artırsa və ümumi fiziki formanın qorunmasına kömək etsə də, oturacağın forması və sürüş zamanı bədənin duruşu ciddi problemlərə səbəb ola bilər.
Həkimlər bildirirlər ki, dar oturacaq üzərində uzun müddət qalmaq çanaq nahiyəsində qan dövranını pozur. Bu isə potensial problemlərə, eləcə də zamanla daxili orqanların sağlamlığına mənfi təsir göstərə bilər. Uzunmüddətli velosiped yürüşləri prostatit və sistit riskini artıra bilər, - deyə mütəxəssislər xəbərdarlıq edirlər.
At sürmə (çapma)
At sürmənin də kişi sağlamlığı üçün təhlükəsiz olmadığı bildirilir. Ekspertlərin sözlərinə görə, yəhərdə uzun müddət oturmaq qasıq nahiyəsində damarların fəaliyyətinə mənfi təsir göstərir. Tez-tez at sürən kişilərdə uroloji xəstəliklərin və böyrək sistemi pozğunluqlarının yaranma riski artır.
Bundan əlavə, mütəxəssislər qeyd edirlər ki, at sürmə trombun qopması riskini dəfələrlə artıra bilər, bu isə həyati təhlükə yaradan vəziyyətdir.
Avarçəkmə
Avarçəkmə də kişi sağlamlığına mənfi təsir göstərə bilən idman növləri sırasındadır. Səbəb əsasən bədənin düzgün olmayan vəziyyəti və uzun müddət oturaq halda qalmaqdır. Bu idman növündə əsasən çiyinlər və bədənin yuxarı hissəsi aktiv işləyir, çanaq nahiyəsi isə hərəkətsiz qalır.
Həkimlərin fikrincə, bu vəziyyətin kişi cinsiyyət orqanlarına təsir mexanizmi davamlı oturaq həyat tərzi ilə eynidir və zamanla ciddi problemlərə yol aça bilər.
Həkimlər vurğulayırlar ki, fiziki aktivlik vacibdir, lakin idman növü seçilərkən orqanizmin xüsusiyyətləri və mümkün risklər nəzərə alınmalıdır. Xüsusilə uzunmüddətli və peşəkar məşqlərdən əvvəl həkim məsləhəti almaq tövsiyə olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 687 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr