Nəqliyyat vasitələri hansı hallarda cərimə meydançasına aparıla bilər? - Hüquqşünas AÇIQLADI
Son dövrlər sürücülər arasında nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması ilə bağlı narazılıqlar və suallar artmaqdadır. Bir çox hallarda vətəndaşlar avtomobillərinin hansı əsaslarla və hansı hüquqi çərçivədə cərimə meydançasına aparıldığını dəqiq bilmirlər. Məhz bu səbəbdən "Nəqliyyat vasitələri hansı hallarda cərimə meydançasına aparıla bilər?" sualına hüquqi aspektdən aydınlıq gətirmək zərurəti yaranır.
Mövzu ilə bağlı Sonxeber.az-a hüquqşünas Ramil Süleymanov danışıb.
O, açıqlamasında qeyd edib ki, Dövlət Yol Polisi inspektoru sürücünü saxlayırsa, ilk növbədə bunun səbəbini, yəni hansı qayda pozuntusuna görə onu saxladığını izah etməlidir:
"Nəqliyyat vasitəsi Cərimə meydançasına yalnız müəyyən hallarda - sürücünün sənədləri qaydasında olmadıqda, yol hərəkəti qaydalarının pozulmasına görə yazılan ballar nəticəsində sürücülük hüququ məhdudlaşdırıldıqda və ya avtomobildə konstruktiv dəyişikliklər olduqda və bu dəyişikliklərin aradan qaldırılması mümkün olmadıqda - aparıla bilər.
Qeyd etmək istəyirəm ki, sürücünün cərimə meydançasına aparılması konstruktiv dəyişikliklərlə bağlıdırsa, bu hal mütləq şəkildə "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlavəsində nəzərdə tutulmalıdır. Dövlət Yol Polisi inspektoru bunu sürücüyə ətraflı şəkildə izah etməlidir.
Eyni zamanda bildirmək istəyirəm ki, bəzi hallarda vətəndaşlar bir sıra şikayətlərlə müraciət edərək bildirirlər ki, yol polisi əməkdaşı heç bir məlumat vermədən birbaşa sürücünün yanında əyləşir, avtomobili hərəkət etdirməsini tələb edir və hara aparıldıq barədə heç bir açıqlama vermir. Nəticədə, ünvana çatdıqdan sonra vətəndaşa məlum olur ki, o, cərimə meydançasına gətirilib.
Belə hallarda vətəndaşın etirazı haqlı hesab olunur və bunun əsas səbəbi izahın verilməməsidir. Bu baxımdan, yol polisi inspektoru sürücüyə əvvəlcədən daha dolğun və aydın məlumat verməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1123 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabr