Nar şirəsinin bu qədər faydalı olduğunu bilirdiniz?

Nar şirəsinin bu qədər faydalı olduğunu bilirdiniz?Nar şirəsi tərkibində bioaktiv birləşmələrin çoxluğu səbəbilə uzun illərdir alimlərin diqqətini cəlb edir.

Lent.az xarici mediaya istinadla maksimum fayda əldə etmək üçün onu nə vaxt və necə içmək lazım olduğunu təqdim edir:

Nar şirəsi haqqında nə bilmək lazımdır

Bu içkinin müntəzəm, lakin ölçülü qəbulu ürək-damar sisteminə, maddələr mübadiləsinə və bağırsaq mikrobiotasına müsbət təsir göstərə bilər. Bu zaman məhsulun keyfiyyəti, dozası və davamlı istifadə xüsusi əhəmiyyət daşıyır.

Ürək və damarlar üçün faydası

Nar şirəsinin ürək və qan damarlarına təsiri ən çox araşdırılan mövzulardandır. Gündə təxminən 100-150 millilitr kimi kiçik miqdar belə ürəyin normal fəaliyyətini dəstəkləyə bilər. Mütəxəssislər vurğulayır ki, əsas məsələ məhz müntəzəmlikdir.

Nar şirəsi arterial təzyiqi azaltmağa və damarların elastikliyini yaxşılaşdırmağa kömək edə bilər. Bu təsir həm sağlam insanlarda, həm də hipertoniyası, piylənməsi, metabolik sindromu və ya şəkərli diabeti olan şəxslərdə müşahidə olunub. Bu isə nar şirəsində olan güclü antioksidantlar polifenollarla əlaqələndirilir. Onlar damarları oksidləşdirici stressdən qoruyur və qanda lipid balansının yaxşılaşmasına kömək edir.

Mikrobiota və idrak funksiyalarına təsiri

Nar şirəsindəki polifenollar nazik bağırsaqda həzm olunmur və yoğun bağırsağa keçərək faydalı bakteriyalar üçün qida rolunu oynayır. Nəticədə probiotiklərin yaranması stimullaşır, bu da maddələr mübadiləsini dəstəkləyə və immuniteti gücləndirə bilər.

Son araşdırmalar nar şirəsinin beyin fəaliyyətinə də müsbət təsir göstərdiyini göstərir. Bu içkinin müntəzəm qəbulu beyinə qan axınını yaxşılaşdıra və diqqət cəmlənməsini artırmağa kömək edə bilər. Xüsusilə yaşlı insanlar və ya xroniki stress şəraitində olanlar üçün faydalı sayılır.

Nar şirəsini necə içmək daha faydalıdır

Nar şirəsi ilə bağlı "nə qədər çox, bir o qədər yaxşı" qaydası işləmir. Optimal miqdar gündə yarım stəkan hesab olunur. Bu, təbii şəkərlərin həddindən artıq qəbuluna yol vermədən faydalı maddələri əldə etməyə imkan verir. Şirəni günün birinci yarısında və ya yeməklə birlikdə içmək daha məqsədəuyğundur.

Mədəsi həssas olan insanlara acqarına içmək tövsiyə olunmur. Ən yaxşı nəticə qısa "kurslardan" deyil, uzunmüddətli və müntəzəm istifadədən əldə olunur. Məhsul seçərkən tərkibinə diqqət yetirmək vacibdir. Ən yaxşı seçim - 100 faiz təbii, şəkər, sirop və konsentrat əlavə olunmamış nar şirəsidir. Pasterizə olunmuş və şirinləşdirilmiş variantların sağlamlıq üçün faydası xeyli az olur.

Kimlər nar şirəsini ehtiyatla içməlidir

Çoxsaylı üstünlüklərinə baxmayaraq, nar şirəsi hər kəs üçün uyğun deyil. Xüsusilə qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər ehtiyatlı olmalıdır. İçkidəki aktiv maddələr bu preparatların təsirini dəyişə və yan təsirlərin, xüsusilə qanaxma riskinin artmasına səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 817   Tarix: 05 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr