İsrailin İran üçün "sülh şərtləri": razılaşma, yoxsa təzyiq strategiyası?
"İsrail İranla bağlı sülh şərtlərini açıqlayıb. Bu şərtlərə əsasən, Tehran uranın zənginləşdirilməsi proqramını tam dayandırmalı, sentrifuqaları sökməli və zənginləşdirməni sıfıra endirməlidir. Bundan əlavə, indiyədək zənginləşdirilmiş təxminən 400 kiloqram uran ehtiyatı təhvil verilməli, uzaqmənzilli ballistik raket proqramı ləğv edilməli və regiondakı proksi qüvvələrə - Hizbullah, HƏMAS, husilər və digərlərinə - dəstək dayandırılmalıdır".
Bu sözləri Sonxeber.az-a politoloq Turan Rzayev danışıb.
O, açıqlamasında qeyd edib ki, İsrailin irəli sürdüyü bu "sülh şərtləri" sərt görünsə də, əslində yeni deyil:
"Təl-Əviv uzun illərdir İranın nüvə və raket proqramlarını, eləcə də regional təsirini əsas təhlükəsizlik riski kimi qiymətləndirir. Bu baxımdan, mövcud mövqenin sadəcə daha açıq və sərt formada ifadə edildiyini demək olar.
İranın bu şərtlərlə razılaşması real görünmür. Nüvə proqramı, raket potensialı və proksi şəbəkələr Tehranın regional gücünün əsas dayaqlarıdır. Bu alətlərdən imtina etmək həm strateji, həm də daxili siyasi baxımdan İran üçün ciddi risklər yaradar.
Şərtlərin məhz indi gündəmə gətirilməsi də diqqət çəkir. ABŞ-ın İrana qarşı mümkün hərbi ssenarilərinin müzakirə olunduğu, bölgədə hərbi gərginliyin artdığı bir mərhələdə İsrailin bu tələbləri açıq şəkildə səsləndirməsi Tehrana yönəlmiş siyasi və psixoloji mesaj kimi dəyərləndirilə bilər.
Hazırkı reallıqda ABŞ və İsrailin əsas məqsədi İranı birbaşa genişmiqyaslı müharibəyə sürükləməkdən çox, məhdud hərbi zərbələr və güc nümayişi yolu ilə danışıqlarda güzəştlərə məcbur etməkdir. Bu isə yaxın dövrdə gərginliyin daha da artacağını istisna etmir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 830 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır
2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr