İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş
Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.
Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.
Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.
Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 925 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Magistr olmaq istəyənlərin - Nəzərinə!
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 15-də keçiriləcək. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"n
5 fevral10 günün əsgəri hospitalda vəfat edib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalında dünyasını dəyişib. Mərhum Masallı rayonunun Qızılağac kəndində dəfn edilib. "Unikal"ın məlumatına görə, Quru Qoşunlarınd
6 fevralBu ərazilərdə 6 saat işıq olmayacaq
Suraxanının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saa
6 fevral"Məlhəm" hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür
Yazar Ulucay Akifin bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da dünyaya gətirdiyi körpənin səhhətindəki problemlər kəskin olaraq qalır. Qaynarinfo Ulucay Akifə istinadla xəbər verir ki, körpənin müalicə prosesi hazırda da davam edir. Yazarın verdiyi məlumata görə
5 fevralXanım məmur yüksək vəzifəyə təyin edildi
Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb. O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub
5 fevral