Mingəçevirdə sahibsiz itlər öldürülür? - Açıqlama - Video
"Mingəçevirdə sahibsiz itlər küçələrdən toplanaraq işgəncə verilir və öldürülür".
Bu iddia ilə "Qafqazinfo"ya rayon sakinləri müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, şəhərin mərkəzində, Kürün sağ tərəfindəki Sahil parkı deyilən ərazidə sahibsiz heyvanlar kisələrə yığılaraq kommunal təsərrüfatı üçün nəzərdə tutulmuş avtomobilə qoyulur.
Həmin prosesi lentə alan sakinlər heyvanların avtomobildə yandırıldığını iddia ediblər. Onlar daha əvvəl də sözügedən ərazidən it cəsədlərinin tapıldığını söyləyiblər.
Məsələ ilə bağlı Mingəçevir Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, küçə itlərinin öldürülməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil: "Sakinlər dəfələrlə həmin ərazidə sahibsiz itlərin onlara hücum etməsi, bu səbəbdən onların ərazidən yığışdırılması ilə bağlı müraciət ediblər. Məsələn, bu yaxında 70 yaşlı bir qadının dabanını it parçalamışdı. Həmin park ərazisi isə iki məktəbin arasında yerləşir və sakinlərin, xüsusən uşaqların çox olduğu yerdir. Biz həmin itləri ərazidən toplayıb icra hakimiyyətinin vəsaiti hesabına tikilmiş müvəqqəti sığınacağa aparırıq. Kim istəsə, gəlib həmin sığınacağa baxa bilər. Hazırda itlər o sığınacaqda müvəqqəti saxlanılır. Yevlaxda Qaraoğlan deyilən ərazidə bu itlərin saxlanması üçün daimi regional sığınacaq inşa olunur. Onun tikintisi başa çatandan sonra həmin heyvanlar o sığınacağa aparılacaq.
İtlərin güllələnməsi, öldürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil və o boyda vəhşilik edilə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 591 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrPensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19 sentyabr