Uşaqlar əsəbləşəndə nə demək istəyir?
Bəzən uşağın əsəbləşməsi çağırış kimi görünür, lakin psixoloqlar əmindirlər ki, bu davranışın arxasında həmişə bir mesaj dayanır. Sadəcə uşaq daxilində baş verənləri hələ sözlə ifadə etməyi bacarmır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər uşağın əsəbləşməsini ünsiyyət forması kimi dəyərləndirirlər. Bu, nə manipulyasiyadır, nə də kapriz uşağın özünün də tam başa düşmədiyi hissləri anlatmaq cəhdidir. Ən çox hallarda əsəbləşmə yüklənmədən xəbər verir.
Uşağın beyni emosiyaların öhdəsindən gələ bilmir və idarəetməni bədən öz üzərinə götürür. Böyüklər "sakit ol" dedikdə, uşaq bunu "sənin hisslərin vacib deyil" kimi qəbul edir. Nəticədə əsəbləşmə daha da güclənir.
Psixoloqlar vurğulayırlar ki, uşaqlar emosiyalarını tənzimləməyi hələ bacarmırlar. Onların sinir sistemi tədricən inkişaf edir və əsəbləşmə bu prosesin təbii bir hissəsidir. Uşaq mağazada ağlayanda valideyni çətin vəziyyətdə qoymaq istəmir. Sadəcə ətrafdakı çoxsaylı stimullara tab gətirə bilmir.
Evdə əsəbləşmə çox vaxt yorğunluqla bağlı olur. Uşaq "mən çox yorulmuşam" deyə bilmədiyi üçün yerə uzanır və qışqırır. Bəzən əsəbləşmə fəaliyyətin qəfil dəyişməsinə reaksiya olur. Beyin uyğunlaşmağa macal tapmır və emosiyalar çölə çıxır. Psixoloqlar belə anlarda mübahisə etməməyi tövsiyə edirlər.
Uşaq sakitləşənə qədər deyilən sözləri və məntiqli izahları qəbul etmir. Ən yaxşısı onun hisslərini qəbul etdiyini bildirməkdir: "Sən indi narahatsan, mən yanındayam". Bu, gərginliyi azaldır və uşağın yenidən ünsiyyətə qayıtmasına kömək edir. Uşaq hisslərinin rədd edilmədiyini anlayanda daha tez sakitləşir. Bu, əsəbləşməni təşviq etmək deyil, uşağa dəstək olmaqdır. Yadda saxlamaq lazımdır ki, əsəbləşmə pis tərbiyənin göstəricisi deyil.
Bu, uşağın böyüdüyünü və öyrəndiyini göstərir. Bəzi uşaqlar emosiyaları daha güclü yaşayırlar. Onların sinir sistemi daha həssasdır və özlərini toparlamaq üçün daha çox zamana ehtiyacları olur. Valideynlər bu vəziyyətləri yaradan səbəblərə diqqət etməlidirlər. Çox vaxt əsəbləşmə eyni hallarda təkrarlanır. Əgər yüklənmə azaldılarsa, bu cür halların sayı da azalır.
Bu sehr deyil, uşağın ehtiyaclarını anlamaqdır. Əsəbləşmə uşaq sözlərlə ifadə etməyi öyrənənə qədər istifadə etdiyi bir dildir. Böyüyün vəzifəsi isə yalnız səsi deyil, bu davranışın arxasındakı mənanı da anlamaqdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 600 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrDüyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Düyünü bahalı inqrediyentlərdən istifadə etmədən dənə-dənə, ətirli və dadlı bişirmək mümkündür. Peşəkar aşpazların istifadə etdiyi sadə üsullardan biri bişirmə zamanı düyüyə az miqdarda bitki yağı əlavə etməkdir. xarici mediaya istinadən xəbər verir ki, bir stəkan quru düyüyə təxminən bir xörək qaşığ
17 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabr