"Azərbaycançılıq ideologiyasının təbliği hər zaman geniş şəkildə davam etdirilməlidir" - DEPUTAT

"Azərbaycançılıq ideologiyasının təbliği hər zaman geniş şəkildə davam etdirilməlidir" - DEPUTAT"Azərbaycançılıq ideologiyasının əsasında xalq arasında milli birlik və həmrəyliyin möhkəmləndirilməsi dayanır. Bu ideologiyanın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Amma Azərbaycan yenidən müstəqilliyinə qovuşduğu ilk illərdə xalqı birləşdirən bir ideologiya olmadığından ölkədə parçalanma baş vermiş və vəziyyət vətəndaş müharibəsi səviyyəsinə gəlmişdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi bütün təhlükələrdən qurtardı və Azərbaycanla bağlı hər bir şəxsi bir ideologiya ətrafında birləşdirərək "Dəmir yumruq"a çevirdi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb.

O, açıqlamasında qeyd edib ki, azərbaycançılıq ideologiyasının təbliği hər zaman geniş şəkildə davam etdirilməlidir:

"Bununla bağlı dövlət qurumlarının, təhsilin və medianın üzərinə xüsusi vəzifələr düşür.

Dövlət qurumları ilk növbədə ölkədə yaşayan bütün insanları vahid dövlət dili ətrafında birləşdirməklə azərbaycançılıq məktəbləri, yay düşərgələri və könüllülük proqramları təşkil etməlidir. Keçirilən bu tədbirlər regionları əhatə edən gənclərin qarşılıqlı səfərləri vasitəsilə bir-birini daha yaxından tanımasına imkan yaratmalıdır. Təbii ki, hər bir tədbir çərçivəsində dövlət ideologiyası aşılanmalı və ölkədə yaşayan və ya ölkə ilə bağlı olan hər kəsi birləşdirmək istiqamətində iş aparılmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla (etnik və dini mənsubiyyətindən asılı olmayaraq) təşkilatlanmış şəkildə iş aparmalı və onlar koordinasiya edilməlidir. Əlbəttə ki, azərbaycançılıq ideologiyası ətrafında daha dərindən birləşmə üçün hər bir şəxsin hüquq və azadlıqları qanunlarla qorunmalıdır. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası bütün vətəndaşların hüquq və azadlıqlarına təminat verən əsas ana qanun olaraq azərbaycançılıq ideologiyası ətrafında hər kəsin birləşməsinə yol açır. Vətəndaş dövlətə güvəndikcə ideologiya təbii şəkildə qəbul olunur.

Azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsində medianın rolu xüsusilə qeyd olunmalıdır. Belə ki, göstərilən filmlər, işıqlandırılan xəbərlər xalqların birliyinə və vahid vətən olan Azərbaycana sevgiyə sövq etməlidir. Azərbaycançılığı fərqli etnosların, dinlərin və regionların ortaq hekayəsi kimi təqdim edən kontentlər işıqlandırılmalıdır. Mediamız müasir media mənbələri olan sosial şəbəkələrdə azərbaycançılıq ideologiyası ilə bağlı qısa videoçarxlar və materialları mütəmadi olaraq işıqlandırmalıdır".

Deputat onu da vurğuladı ki, Azərbaycançılıq ideologiyasının daha dərindən açıqlanmasında təhsilin rolu əvəzolunmazdır:

"Belə ki, məktəblərdə və universitetlərdə eyni auditoriyalarda fərqli din və dillərin nümayəndələri bir yerdə təhsil alır. Bu baxımdan azərbaycançılıq ideologiyasının ortaq dəyər olduğunu təbliğ etmək üçün gənc nəslin tərbiyə olunmasında xüsusi proqramlar icra edilməlidir.

Beləliklə, azərbaycançılıq ideologiyasının aşılanması müəyyən dövr üçün nəzərdə tutulmuş kampaniya yox, dünən, bu gün və gələcəkdə gündəlik həyat tərzimiz olmalıdır".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycançılıq ideologiyasının təbliği hər zaman geniş şəkildə davam etdirilməlidir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 308   Tarix: 08 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr