10 gün evində saxladı, muzeyə gətirəndə şəhər ayağa qalxdı - VİDEO

10 gün evində saxladı, muzeyə gətirəndə şəhər ayağa qalxdı - VİDEOBursada piknik zamanı partlamamış top mərmisi tapdığını iddia edən şəxs mərmini təxminən 10 gün evində saxladıqdan sonra arxeologiya muzeyinə təhvil verib.

Sonxeber.az türk mediasına istinadənə xəbər verir ki, hadisə Bursanın Gürsu rayonunda qeydə alınıb. Məlumata görə, 50 yaşlı P.A. dostları ilə piknik etdiyi meşəlik ərazidə torpağın üzərində metal parçasına bənzər bir əşya görüb. Yaxından baxdıqda bunun top mərmisi olduğunu anladığını bildirib.

Tapdığı mərmini muzeyə təhvil vermək istəyən P.A. iş yerindən icazə ala bilmədiyini əsas gətirərək, təhlükəli əşyanı təxminən 10 gün evində saxlayıb. O, səhər saatlarında Osmangazi rayonunun Çekirge məhəlləsində yerləşən Bursa Arxeologiya Muzeyinə gedərək mərmini əməkdaşlara təqdim edib.

Mərminin muzeyə gətirilməsindən sonra əməkdaşlar dərhal polisə məlumat veriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və hadisə yeri istintaq qrupu cəlb olunub.

İlkin araşdırma zamanı top mərmisinin təxminən 110 illik olduğu və partlamadığı müəyyən edilib. Tapıntı mütəxəssislər tərəfindən təhlükəsiz şəkildə nəzarətə götürülüb.

Jurnalistlərin suallarını cavablandıran P.A.-nın "Piknik edərkən tapdım" deyərək gülümsəməsi diqqət çəkib. Şəxs ifadəsi alınmaq üçün saxlanılıb.

Faktla bağlı istintaq başladılıb. Top mərmisinin hansı dövrə aid olduğu aparılacaq detallı ekspertizadan sonra dəqiqləşəcək.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1039   Tarix: 09 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Ən sakit itlər hansılardır? Demək olar ki, hürmürlər

Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha "danışqan" olur. Elə it cinsləri də var ki, demək olar, hürmür. bu 6 it cinsini təqdim edir:. Bununla belə, müəyyən bir it cinsini

15 sentyabr
.

İdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil

"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu

14 sentyabr
.

1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO

Türkiyənin Batman şəhərində Balıqçılar bazarında satışa çıxarılan 1,5 metr uzunluğunda və 69 kiloqram ağırlığında nəhəng balıq diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, Cizrə bölgəsindəki Botan çayından tutulan balığı görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. 32 ildir balıqçılıql

17 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Android və "iPhone"da gizli tətbiqlər: Onları bir neçə dəqiqəyə necə tapmaq olar?

Smartfonun ekranından hansısa tətbiqin qəfil yoxa çıxması onun silindiyi demək deyil. Bəzi hallarda proqram sadəcə əsas ekrandan və ya tətbiqlər menyusundan gizlədilə bilər. xarici mediaya istinadən xəbər verir ki, smartfonlarda tətbiqləri gizlətmək funksiyası məxfi proqramları yad gözlərdən qorumaq

15 sentyabr