Məktəb yoldaşları 14 yaşlı qızı döyüb, videoya çəkiblər - VİDEO
Çanaqqalada məktəbli qızın döyülməsi iddiası: Ailə prokurorluğa müraciət edib
Türkiyənin Çanaqqala vilayətində yerləşən bir orta məktəbdə 14 yaşlı şagirdin başqa bir şagird tərəfindən məktəb çıxışında döyüldüyü iddia olunur.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisənin fevralın 3-də Kepez qəsəbəsində baş verdiyi qeyd olunur. İddiaya görə, Hafız Halil Atan Orta Məktəbində fərqli siniflərdə oxuyan 8-ci sinif şagirdləri N.B. və Ş.B.A. bədən tərbiyəsi dərsində aralarında söz-söhbət daşıdığı deyilən bir dostları səbəbindən mübahisə ediblər. Dərsdən sonra məktəb çıxışında yenidən qarşılaşan şagirdlər arasında dava baş verib. Həmin anları isə E.Ş. adlı başqa bir şagird mobil telefonla çəkib.
Hadisədən sonra xəstəxanadan 9 günlük xəsarət arayışı alan N.B.-nin ailəsi hüquqi orqanlara müraciət edib.
Zərərçəkmiş qızın atası Harun B. bildirib ki, qızı 8-ci sinifdə oxuyur və liseyə qəbul imtahanına (LGS) hazırlaşır. Onun sözlərinə görə, hadisə günü son iki dərs bədən tərbiyəsi olub və həmin vaxt digər şagirdlər qızını "çıxışda səni döyəcəyik" deyə hədələyiblər. Qızı vəziyyəti müəllimə desə də, valideynlərə məlumat verilməyib və məktəb rəhbərliyinə də rəsmi şəkildə çatdırılmayıb.
Ata həmçinin bildirib ki, dava anının lentə alınaraq sosial mediada yayılması onları daha çox sarsıdıb: "Görüntülərdə gülərək çəkirlər. Bu, bizi ən çox incidən məqamdır."
Harun B.-nin sözlərinə görə, qızı hazırda psixoloji travma yaşayır: "Qızım indi məktəbə gedə bilmir. Gecə yatarkən diksinir, yolda gedəndə tez-tez arxasına baxır. Yemək də yemir. Psixoloji problemlər yaranmağa başlayıb." Ailə qızın psixoloji müalicə alması üçün xəstəxanaya müraciət etdiklərini bildirib.
Valideynlər həm Təhsil Nazirliyinə müəllimlərlə bağlı şikayət etdiklərini, həm də hüquqi orqanlara müraciət etdiklərini vurğulayıblar. Hazırda iş prokurorluq tərəfindən araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 807 Tarix: 10 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrAğdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
Ağdam rayonunda 30 yaşlı qadın dərmandan zəhərlənib. -ın məlumatına görə hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Samirə Xəlilova evinə həşərat əleyhinə kimyəvi dərman səpib. O, ehtiyatsızlıq edib və həmin dərmandan ağzına da dəyib. Qadın zəhərlənmə ilə Ağda
12 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabr