"Ölkəmiz artıq münaqişə tərəfi deyil, regionun iqtisadiyyatını, tranzit xəritəsini və sülh gündəmini diktə edən əsas mərkəzdir" - AÇIQLAMA

"Ölkəmiz artıq münaqişə tərəfi deyil, regionun iqtisadiyyatını, tranzit xəritəsini və sülh gündəmini diktə edən əsas mərkəzdir" - AÇIQLAMAAzərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı deyib ki, onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür:

"Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və siyasi gündəliyi heç zaman biznes ilə qarışdırmırıq və bu, bizim üçün qlobal enerji bazarında beynəlxalq fəaliyyətimizi genişləndirmək üçün yaxşı fürsətdir. Artıq müzakirə etdiyimiz daşımalar layihələri region üçün böyük imkanlar yaradır. Çünki biz 30 il ərzində Ermənistanın təcavüzünə və işğalına məruz qalma faktına baxmayaraq, Azərbaycan məhz ərazilərinin azad olunması, güc və siyasət vasitəsilə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra birinci addım atdı və 2025-ci il avqustun 8-də Prezident Trampın köməyi ilə sülh quruldu".

İlham Əliyev Azərbaycanın Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırdığını da söyləyib:

"Hazırda biz Ermənistana bütün tranzit yüklərə məhdudiyyətləri aradan qaldırmışıq. Çünki Ermənistanın etibarlı daşımalar, əlaqə marşrutları yoxdur və beləliklə, Azərbaycan tranziti onlar üçün çox əhəmiyyətlidir. Biz əməkdaşlığın ilk elementlərini qurmaq üçün Ermənistana neft məhsullarını təchiz etməyə başladıq

"Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü zamanı səsləndirdiyi bəyanatlar, Azərbaycanın sadəcə regional güc deyil, artıq qlobal strateji tərəfdaş və Cənubi Qafqazın iqtisadi memarı statusunu rəsmən möhürləyir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Dövlət başçısının 10 Avropa İttifaqı və 11 NATO üzvü olan ölkənin enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolu xüsusi vurğulaması, Bakının Qərbin kollektiv təhlükəsizlik sistemindəki "vazkeçilməz dayaq" mövqeyini rəqəmlərlə ifadə edən güclü bir mesajdır. Bu, həm də o deməkdir ki, Azərbaycanın sabitliyi və suverenliyi artıq birbaşa olaraq Qərbin ən mühüm paytaxtlarının enerji və iqtisadi maraqları ilə kəsişir. Siyasətin biznes maraqları ilə qarışdırılmaması prinsipi isə qlobal investisiya dairələri üçün ən böyük "etimad xartiyası"dır; dünyada enerjinin siyasi təzyiq alətinə çevrildiyi bir dövrdə Bakı öz etibarlı tərəfdaş imicini "qızıl standart" səviyyəsinə qaldırır.

2025-ci ilin avqustunda Prezident Trampın dəstəyi ilə əldə olunmuş sülhün Azərbaycan tərəfindən məhz ərazi bütövlüyünün tam bərpası və hərbi-siyasi güc amili ilə sığortalanması, bölgədəki yeni reallığın "dayanıqlı sülh" modelinə keçdiyini göstərir. Ermənistana qarşı tətbiq edilən bütün tranzit məhdudiyyətlərinin aradan qaldırılması və ən əsası, İrəvana neft məhsullarının təchiz edilməsinə başlanılması isə Azərbaycanın nümayiş etdirdiyi "qalib dövlət alicənablığı"nın və strateji uzaqgörənliyinin zirvəsidir. Bu addımlarla Bakı Ermənistanı illərdir boğulduğu logistik və iqtisadi izolyasiyadan çıxararaq, onu birbaşa öz iqtisadi orbitinə cəlb edir. Bu, sadəcə humanist bir jest deyil, Ermənistanın gələcək taleyini və rifahını Azərbaycanın yaratdığı kommunikasiya xətlərinə bağlayan dərin bir geoiqtisadi gedişdir.

Nəticə etibarilə, bu bəyanatlar Azərbaycanın "orta güc" doktrinasının praktiki tətbiqidir. Ölkəmiz artıq münaqişə tərəfi deyil, regionun iqtisadiyyatını, tranzit xəritəsini və sülh gündəmini diktə edən əsas mərkəzdir. ABŞ biznes dairələrinin bu reallığı yerində görməsi və dövlət başçısının Ermənistanın iqtisadi reabilitasiyası üçün yaşıl işıq yandırması, Cənubi Qafqazda "silahların susduğu, ticarətin danışdığı" yeni bir eranın - Azərbaycan erasının başlandığını bəyan edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 673   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021