Qurban Qurbanov Nərimanın gedişindən danışdı - "Adam özündə deyildi"

Qurban Qurbanov Nərimanın gedişindən danışdı - "Adam özündə deyildi""Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kreu" klubuna transferindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, baş məşqçi bu barədə Misli Premyer Liqasının 19-cu turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışarkən deyib.

"Nərimanla bağlı ciddi danışıqlar gedir. Sona yaxınlaşırdı. Düzdür, tam qərar verilməyib, amma ola bilər. Bu gün də oyundan sonra futbolçulardan biri mənə yaxınlaşıb dedi ki, ona yaxşı təklif gəlib. Siz getməyim və ya qalmağım haqqında nə qərar verəcəksiniz, bilmirəm. İnanın ki, bunları ələ almaq, əldə saxlamaq asan deyil. Bir az sakitləşdirməyə çalışırıq, başqa xəbərlər gəlir. Xoşagəlməz deməzdim, amma elə təkliflərdir ki, ora ancaq pula görə getmək olar. Elə pul da təklif edirlər ki, oyunçular "yox" deyə bilmir. Ona görə bir az problemlərimiz var. Çalışırıq ki, ələ alaq, motivasiyanı saxlayaq", - baş məşqçi bildirib.

Q.Qurbanov Bəhlul Mustafazadənin Çin klubuna transferinin baş tutmamasından da danışıb: "Orada bir neçə detal oldu. Onunla danışmışdıq və Bəhlulun tərəfində idim. Bəzi detallar var, çox dərinə getmək istəmirəm".

Təcrübəli mütəxəssis Nərimanın ABŞ klubunu seçməsinə münasibət bildirib: "Onun kimi futbolçunun komandadan ayrılması xoş deyil. Amma məlum məsələlərə görə legioner həyatı yaşamaq istəyirdi. Fikrimcə, bu Nərimana lazım idi. Çünki adam özündə deyildi. Hər gün fərqli düşüncədə, fərqli fikirdə idi. Yəqin ki, hər gün haqqında nəsə oxuyub gəlirdi. Getməyi lazımdır ki, özünü tapsın. Buna görə belə addım atdıq. Bəli, mənə lazım idi. Sıx qrafikə bu cür oyunçulara ehtiyac var. Edəcəyimiz bir şey yoxdur. Təki alınsın. Son iki ildə çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görəcəyik".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1940   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr