Afrikanın ən təhlükəli kirpisi Türkiyədə görüntülənib - VİDEO
Afrika və Aralıq dənizi ölkələrində geniş yayılan, həmçinin Hindistan və Nepalda yaşayan Hint oxlu kirpisi bu dəfə Türkiyənin Aydın vilayətində görüntülənib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, adətən Hatay, Kahramanmaraş, Adana, Adıyaman, Mersin, Antalya və Muğla kimi cənub bölgələrində nadir hallarda rast gəlinən oxlu kirpi Aydının Yenipazar rayonunda kameraya düşüb.
Çarşı məhəlləsinin muxtarı Süleyman Kozbek rayon mərkəzində avtomobillə hərəkətdə olarkən nəsli kəsilmək təhlükəsi altında olan heyvanla qarşılaşıb. Muxtar avtomobilinin qarşısında irəliləyən oxlu kirpini mobil telefonla lentə alıb. Heyvan bir müddət sonra ara küçələrə girərək gözdən itib.
Süleyman Kozbek bildirib ki, rayon mərkəzində oxlu kirpi görmək onu çox təəccübləndirib. Onun sözlərinə görə, kirpini bir müddət izləyib və daha sonra heyvan bağ evlərinin yerləşdiyi əraziyə daxil olaraq təhlükəsiz yerə yönəlib.
Muxtar qeyd edib ki, şəhər daxilində heyvanın zərər görmə ehtimalı yüksək idi: "Avtomobillərdən uzaq, təhlükəsiz bir yerə doğru getdiyini görmək məni sevindirdi. Çünki şəhərdə ona zərər dəyə bilərdi, başqaları da ziyan verə bilərdi. Buna biganə qala bilmədim və təhlükəsiz yerə yönəldiyini izlədim."
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2149 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Neptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabr