Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək sənəd

Azərbaycanın qlobal rolunu daha da gücləndirəcək sənədFevralın 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens tərəfindən hər iki ölkənin hökumətləri arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik baxımından ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıyır.
Sənədə əsasən, tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Azərbaycan və ABŞ terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyi planlaşdırırlar.
Eyni zamanda, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqların artırılması üzrə əməkdaşlıq nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, humanitar minatəmizlənmə sahəsində maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.
Sənədə əsasən Azərbaycan və ABŞ Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədir.
İmzalanma mərasimin zamanı mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, "Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir".
Vurğulanıb ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. "Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq", - deyə dövlətimizin başçısı əlavə edib.
İmzalanan sənəddə qeyd edilib ki, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər
Bakıda keçirilən görüşlər və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimində mətbuata birgə bəyanatda Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. "Hörmətli qonaqla imzaladığımız sənəddə bizim əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Biz, həmçinin təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcək, antiterror əməliyyatlarında əməkdaşlıq edəcəyik. Biz, həmçinin enerji təhlükəsi ilə bağlı məsələlərdə işbirliyi quracağıq. Hazırda Azərbaycan öz təbii qaz ehtiyatları ilə 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verir, onlardan 11-i NATO-nun üzvləridir və ABŞ-ın müttəfiqləridir", - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə başçısı bəyanatında Tramp marşrutunun əhəmiyyətini qeyd edib. Bildirib ki, bu marşrut nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda, çox etibarlı, təhlükəsiz qaydada böyük daşımalar dəhlizinə çevriləcək. O, Azərbaycan ərazisi, Ermənistan vasitəsilə Asiyanı Avropa ilə birləşdirəcək və digər qonşular da burada iştirak edəcəklər.
Bu gün ölkəmiz öz ərazisində Ermənistana yüklərin daşınmasına olan məhdudiyyəti aradan qaldırıb, o cümlədən Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu da, əslində, ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir. "Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir", - deyə ölkə başçısı bildirib.
Öz növbəsində ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Bu gün biz dostluğuna görə Azərbaycana təşəkkür etmək üçün buradayıq. Vens əlavə edib ki, "Prezident Donald Tramp və Prezident İlham Əliyevin sayəsində əlaqələrimiz çox inkişaf edəcək".
Qeyd edilməlidir ki, ötən il avqustun 8-də əsası qoyulan və Asiya ilə Avropanı birləşdirəcək mühüm logistika layihəsi kimi nəzərdə tutulan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) reallaşması Azərbaycanın regional və qlobal mövqelərini daha da gücləndirəcək. Dünyanın ən güclü dövləti layihədə iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülhün təminatçısı rolunu oynayır, hər iki ölkənin müstəqilliyi və təhlükəsizliyi üçün əlavə zəmanət yaradır.
Strateji Tərəfdaşlıq Xartiyası süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi, hərbi sənaye avadanlıqlarının satışı, eləcə də digər mühüm iqtisadi layihələri əhatə edir. Bu amillər Azərbaycanın regional və qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Eyni zamanda, Vens Tramp administrasiyasının Türkiyə və İsraillə yaxşı münasibətlərə malik olduğunu xüsusi vurğuladı. Bu, ABŞ administrasiyasının Azərbaycan-Ermənistan sülh prosesinə təkcə Cənubi Qafqaz kontekstində deyil, bütövlükdə Avroatlantik inteqrasiyanın genişlənməsi layihəsinin tərkib hissəsi kimi baxdığını göstərir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 309   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

"Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübədir. Milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faiz işğal altında oldu". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindək

12 mart
.

"İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir" - Binəli Yıldırım

"Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun. Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram. Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm. Bu cür təxribat xarakterli addımla

6 mart
.

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib. "Report"un "İsna"ya istinadən verdiyi xəbərə əsasən, Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib. "Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək v

7 mart
.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı genişlənməkdədir

Azərbaycan öz müstəqillik tarixinin ötən dövrü ərzində təmsil olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlərdə daim ləyaqətli, səmimi, təşəbbüskar mövqedən çıxış edərək öz dövlət maraqlarını qorumaqla yanaşı, həmin təşkilatların fəaliyyətinə töhfə də verməyə çalışıb və buna nail olub. BMT Təhlükəsizli

13 mart
.

"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA

Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil

13 mart
.

İlham Əliyev Ərdoğana zəng edib

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib. Rəcə

9 mart
.

İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb. -ın məlumatına görə, mətndə deyilir:. "Möhtərəm Ayətullah Xameneyi həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyini

9 mart
.

Azərbaycan İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşıb

Cənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyaka

6 mart
.

Prezidentin tapşırığı ilə İrana humanitar yardım yola salındı

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq İrana humanitar yardım göndərilir. Axşam.az xəbər verir ki, yardım Fövqəladə Hallar Nazirliyinin (FHN) avtomobilləri vasitəsilə yola salınır. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir. Bu barədə Azərbaycan Respublikası Dövlə

10 mart