Okeanlar tamamilə donsa da, bəzi sahələr -15 tempraturda maye qalıb
Son tədqiqatlar göstərir ki, buz dövründə Yer okeanlarının temperaturu müşahidə tarixində qeydə alınan ən aşağı hədlərə, təxminən -15°C dərəcəyə düşə bilərdi.
Qaynarinfo xəbətr verir ki, bu barədə "Daily Galaxy" yazır.
Tədqiqat nəticələri göstərir ki, donmuş landşafta baxmayaraq, yüksək duzluluq səbəbindən bəzi su sahələri maye olaraq qalıb.
"Nature Communications" jurnalında dərc edilmiş araşdırma qədim Yer okeanları barədə detalları açır və buz dövründə həyatın necə mövcud ola biləcəyinə dair məlumat verir. Tədqiqatın nəticələri izotop analizinə əsaslanır və keçmiş iqlim şəraitini daha dərindən anlamağa imkan yaradır, həmçinin Yerin atmosfer və okean tarixinin öyrənilməsində əhəmiyyətlidir.
Maraqlıdır ki, təxminən 717 milyon il əvvəl Yer dünyanın ən ekstremal buz dövrlərindən birinə daxil olub. Bu dövrdə buzlaqlar qütblərdən ekvatora qədər yayılıb, planet demək olar ki, tamamilə buzla örtülüb. Bu kəskin iqlim dəyişkənliyi günəş işığını ciddi şəkildə məhdudlaşdırıb, fotosintezi əngəlləyib və okeanları qaranlıq və həyat üçün əlverişsiz edib.
Stürtiyan buzlanması bu dövrün bir mərhələsi olub, təxminən 57 milyon il davam edib. Alimlər uzun müddət bu dövrdəki şərait barədə spekulyasiya edirdilər və indi yeni tədqiqatlar sayəsində daha dəqiq məlumatlar mövcuddur. Bu şəraitin anlaşılması Yerdə həyatın təkamülünü, həmçinin planetin iqlim sistemini və ekstremal hadisələrə reaksiyasını öyrənmək baxımından həlledicidir.
"Nature" jurnalında dərc edilmiş araşdırmada irəliləyiş qədim qayalarda, xüsusilə aşağı oksigenli şəraitdə yaranmış dəmir tərkibli formasiya üzərində aparılan izotop analizləri ilə mümkün olmuşdur. Bu formasiya həll olmuş dəmirlə zəngin sularda yığılır və paslanma prosesi dəmir izotop tərkibini dəyişdirir.
Tədqiqatçılar daha ağır dəmir izotoplarının yüksək miqdarda olduğunu müəyyən etmişlər ki, bu da suyun daha soyuq olduğunu göstərir.
İzotopları araşdıran tədqiqat qrupu hesab edib ki, həmin dövrdə okean suyu -15°C qədər soyumuş ola bilərdi. Bu da Yer okeanlarında qeydə alınan ən aşağı temperaturdur. Vuds-Houl Okeanografiya İnstitutundan Endi Herd qeyd edib: "Bu, izotop məlumatlarından yeni bir anlayış əldə etmək üçün çox maraqlı və yeni üsuldur. Bu, paradoksal bir vəziyyətdir; daha qədim qayaları istifadə edərək 700 milyon il əvvəl formalaşan şəraiti anlamağa çalışırsınız."
Tədqiqatın diqqətəlayiq tərəflərindən biri də odur ki, həmin dövrdə okean suyunun indiki okeanlardan daha duzlu olması ehtimal olunur.
Alimlər bildirirlər ki, Stürtiyan buzlanması zamanı bəzi su sahələri indiki okeanlardan dörd dəfə daha duzlu ola bilərdi. Bu yüksək duzluluq suyun donma nöqtəsini aşağı salır və ekstremal soyuğa baxmayaraq maye qalmasına imkan verirdi.
Bu fenomen bu gün Antarktida göllərində baş verənə bənzəyir; orada duzlu su -13°C temperaturda belə donmur. Avstraliya Milli Universitetindən Yoxen Broks qeyd edib ki, bu yeni araşdırma əvvəlki nəticələri təsdiqləyir və buz dövründə dənizlərin inanılmaz dərəcədə duzlu olduğunu sübut edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Dəhşətli bir qış gəlir - Havalar...
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
Sosial müavinətlərlə bağlı AÇIQLAMA
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Səhər, yoxsa axşam: Maksimum fayda üçün yumurtanı nə vaxt yemək lazımdır?
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycanda işıq pulu LƏĞV EDİLƏ BİLƏR- Mühüm YENİLİK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Nazir şöbə müdiri təyin etdi