Faiq Qarayev Qurban Qurbanovdan danışdı - "Kişi udar da, uduzar da"

Faiq Qarayev Qurban Qurbanovdan danışdı - "Kişi udar da, uduzar da"Qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli mütəxəssis Futbolinfo.az saytına müsahibəsində Qurbanovla yaxşı münasibətləri olduğunu deyib.

F.Qarayev "Qarabağ"ın məşqçisini tənqid edənlərə də irad bildirib:

"Mən Qurbanla dostam. Onun uğurları məni çox sevindirir. Siz görmədiyiniz məqamları mən görürəm. Siz qola, cərimə vuruşuna, vərəqəyə, penaltiyə baxırsınız. Amma mən başqa şeylərə də baxıram. Birincisi, Qurbanın məşqçi kimi özünü aparmasına. "Liverpul"a uduzanda qəmgin gözlərini gördüm. Öz-özümə dedim, Qurban heç fikir çəkmə, sən artıq böyük iş görmüsən. Kişi udar da, uduzar da. Başını dik tut! Özünü də görəndə deyirəm ki, Allah səni pis gözdən qorusun! Bizim çox yaxşı münasibətimiz var. Mən Avropa Kubokunu qazanırdım, yenə də ağzına gələni danışanlar tapılırdı.

Bu adam idmanı bilmirsə, ağzına gələni danışacaq da. Məgər sən mənə, Qurbana və ya hansısa bir məşqçiyə bir şey deyəndə nə olacaq ki? Filan oyunçunu əvəz etməyəydin, ya edəydin. Sən Qurbandan çox bilirsən? Bu bilirsiz nəyə bənzəyir? Həkim əməliyyata hazırlaşır, sən cərrahiyyə otağına daxil olub deyirsən ki, həkim, sən bunu bacarmırsan, mən edəcəyəm!.. İndi sən o xəstənin halına bax da. Nə oldu xəstə? Getdi! Elə deyil? Həmin şeydir də. Deyirlər ki, Qurban, sənin futboldan başın çıxmır, mən gəlim bunu edim, onu edim. Televizorun qarşıında oturmusan, qabağında çay, deyirsən ki, "ə, Qurban belə etdi". Bu azarkeşlikdir, istədiyini deyə bilərsən, heç kim bunu sənin əlindən almır, amma ağılla danış da. Hörmət et!".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 773   Tarix: 12 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Şahin Mustafayev yenidən federasiya prezidenti seçildi

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c

16 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsin

13 sentyabr
.

"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub

"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli

16 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Frenki de Yonq qışda "Barselona"dan ayrıla bilər

Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə

10 sentyabr