Azərbaycanın yeni rəqəmsal arxitekturası

Azərbaycanın yeni rəqəmsal arxitekturasıAzərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında rəqəmsal transformasiya, genişzolaqlı infrastrukturun qurulması, data mühitinin formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlər sırasındadır. "Onlayn Azərbaycan" layihəsi, dövlət bulud infrastrukturunun yaradılması və genişzolaqlı internetin ölkə üzrə əlçatanlığının artırılması rəqəmsal iqtisadiyyatın institusional və texnoloji bazasını formalaşdırıb. Bu əsas üzərində qəbul edilmiş Süni İntellekt Strategiyası (2025-2028) və Rəqəmsal İqtisadiyyat Strategiyası (2026-2029) süni intellektin dövlət idarəçiliyində tətbiqi, yüksək hesablama imkanlarının yaradılması, data əsaslı qərarvermə modelinə keçid və innovasiya ekosisteminin genişləndirilməsini hədəfləyir. Paralel olaraq, yaşıl enerji layihələrinin genişləndirilməsi, texnologiya və sənaye parklarında xarici şirkətlərin rezidentliyinin artması, eləcə də rəqəmsal və enerji infrastrukturuna investisiya marağının güclənməsi Azərbaycanın yeni iqtisadi modelə keçidini sürətləndirir. Məhz bu kontekstdə aparılan tədbirlərlə yanaşı, qlobal rəqabət qabiliyyətinin daha da möhkəmləndirilməsi üçün mövcud potensialın vahid koordinasiya altında səfərbər edilməsi və konkret yol xəritəsi əsasında icra olunması zərurəti yaranıb.
Fevralın 11-də Prezident İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın və süni intellektin artıq ayrıca texnoloji istiqamət deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edildiyini göstərir. Dövlət başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının qlobal miqyasda ölkələrin gələcək inkişafını müəyyən edən amillər olduğunu vurğulamaqla Azərbaycanın da bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstərməli olduğunu açıq şəkildə ifadə edib.
Dövlət başçısı çıxışında Azərbaycanın mövcud üstünlüklərini - enerji generasiya gücünün artımı, istifadə olunmayan enerji ehtiyatları, geniş nəqliyyat və enerji infrastrukturu, fiber-optik bağlantıların inkişafı, müsbət investisiya mühiti və beynəlxalq tərəfdaşlıq platformalarını - süni intellekt və data mərkəzləri kimi yeni iqtisadi istiqamətlər üçün baza kimi təqdim edib. Xüsusilə 10 min meqavatlıq generasiya gücü və ən azı 2 min meqavat sərbəst enerji potensialının data mərkəzləri üçün başlıca şərt kimi qeyd olunması bu sahəyə strateji yanaşmanı nümayiş etdirir.
Prezident tərəfindən dövlət qurumları arasında sıx koordinasiyanın təmin edilməsi, qısa müddətdə vahid fəaliyyət planının hazırlanması və hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar bu prosesin institusional çərçivədə həyata keçiriləcəyini göstərir.
Dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, süni intellekt siyasətinin effektiv icrası yalnız strategiyanın qəbul edilməsi ilə deyil, mərkəzləşdirilmiş koordinasiya və institusional məsuliyyət mexanizmləri ilə mümkün olur. Bir sıra qabaqcıl ölkələrdə süni intellekt üzrə siyasətin formalaşdırılması və icrası xüsusi ofislər və hökumət yanında fəaliyyət göstərən məsləhətçi şuralar vasitəsilə həyata keçirilir. Bu qurumlar adətən hökumətin mərkəzi icra sisteminin tərkibində fəaliyyət göstərərək milli süni intellekt strategiyasının əlaqələndirilməsinə, prioritet sahələrin müəyyən edilməsinə və icranın monitorinqinə cavabdeh olurlar. Eyni zamanda, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi üzrə məsul vəzifələr təsis edilir ki, bu da qərarvermə və icra prosesində vahid mexanizmi formalaşdırır. Həmin institutların tərkibinə dövlət qurumları ilə yanaşı, aparıcı universitetlərin alimləri, tədqiqat institutları və texnologiya şirkətlərinin nümayəndələri cəlb edilir və bu yanaşma qəbul olunan qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.
Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. Mövcud enerji generasiya gücü, tranzit və fiber-optik bağlantılar, eləcə də sabit investisiya mühiti süni intellekt və data mərkəzi layihələri üzrə beynəlxalq texnologiya şirkətləri və maliyyə fondları üçün Azərbaycanın praktiki və iqtisadi cəhətdən cəlbedici platforma olduğunu göstərir.

Tufan Məmmədov - iqtisadçı ekspert


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 571   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr