Azərbaycanın yeni inkişaf istiqamətləri

Azərbaycanın yeni inkişaf istiqamətləriSon illər Azərbaycanda elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal infrastrukturun, innovasiya və startap ekosisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramları və strategiyalar çərçivəsində həyata keçirilən layihələr vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın təmin olunmasına və iqtisadi səmərənin yüksəldilməsinə xidmət edir. Ona görə də rəqəmsallaşma prosesinin uğurla həyata keçirilməsi yalnız ayrı-ayrı texnoloji mexanizmlərin tətbiqindən ibarət olmamalıdır. Bu proses sistemli, koordinasiyalı və vahid strategiya əsasında qurulmalıdır.
Məhz bu baxımdan indi rəqəmsal xidmətlərin vahid mərkəzdən idarə olunması və təqdim edilməsi xüsusi aktuallıq kəsb edir. Dövlət xidmətlərinin inteqrasiya olunmuş platforma üzərindən təqdim edilməsi həm idarəetmədə çevikliyi artırır, həm də vətəndaş məmnunluğunu yüksəldir. Vətəndaş üçün əsas meyar xidmətlərin sadə, sürətli və bir məkanda əlçatan olmasıdır. Bu yanaşma ölkə rəhbərliyi tərəfindən də prioritet istiqamət kimi müəyyən edilib. Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə məsələ ilə bağlı qeyd edib: "Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri "Mygov" üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir".
Qeyd edək ki, rəqəmsallaşma ani baş verən dəyişim deyil, mərhələlərlə irəliləyən bir inkişaf yoludur. Bu gün Azərbaycan dünyanın artıq keçdiyi həmin yolu addım-addım qət edir. İlk mərhələ kağız üzərindəki sənəd və arxivlərin rəqəmsal mühitə ötürülməsidir. Bu, rəqəmsal dönüşümün təməlini təşkil edən vacib başlanğıcdır. Növbəti mərhələ isə xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq bu istiqamətdə həm dövlət qurumları, həm də özəl sektor ciddi irəliləyişlər əldə edib. Onlayn xidmətlər, elektron müraciətlər, avtomatlaşdırılmış sistemlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu dəyişimlər vətəndaşlara vaxta qənaət etməyə, daha şəffaf və rahat xidmətlərdən istifadəyə imkan yaradır.
Rəqəmsallaşmadan danışarkən data mərkəzindən, yəni "dövlət cloudu"ndan yan keçmək olmaz. Xatırladaq ki, "cloudu" sözü bulud deməkdir. "Dövlət buludu" rəqəmsal idarəetmənin əsas sütunlarından biri kimi çıxış edir. Bu model dövlət qurumlarının informasiya sistemlərinin və məlumat bazalarının vahid, təhlükəsiz və mərkəzləşdirilmiş platformada yerləşdirilməsini nəzərdə tutur. Nəticədə məlumatların saxlanması, emalı və mühafizəsi daha etibarlı həyata keçirilir və resurslardan səmərəli istifadə təmin olunur. "Dövlət buludu" infrastrukturu qurumlar arasında məlumat mübadiləsini sürətləndirir, texniki xərcləri azaldır və kibertəhlükəsizlik səviyyəsini gücləndirir.
"Mygov" platformasının vahid giriş nöqtəsi kimi formalaşdırılması dövlət idarəçiliyində şəffaflığın artırılmasına, məlumat mübadiləsinin sürətlənməsinə və xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Üstəlik, bu yanaşma rəqəmsal resursların daha səmərəli idarə olunmasına və texnoloji standartların bir-birinə uyğunlaşdırılmasına şərait yaradacaq. "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir, yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir", - deyə Prezident İlham Əliyev ölkədə rəqəmsal xidmətlərin inteqrasiyasının vacibliyini vurğulayıb.
Rəqəmsallaşma yalnız dövlət və biznes proseslərinin elektronlaşdırılması ilə məhdudlaşmır. O, məlumatların idarə olunması, analiz edilməsi və qərar qəbuletmənin səmərəsini artırmaq üçün yeni imkanlar yaradır. Süni intellekt isə bu imkanları bir addım irəli apararaq böyük məlumat bazalarını sürətlə işləyir, proqnozlar verir və xidmətlərin daha səmərəli, fərdi şəkildə təqdim olunmasına yol açır. Azərbaycanın rəqəmsal infrastrukturu, data mərkəzləri və "Mygov" kimi platformaları süni intellekt texnologiyalarının tətbiqi üçün güclü baza rolunu oynayır və ölkəni texnoloji sahədə rəqabətqabiliyyətli edir.
Bu mənada Prezidentin müşavirədə söylədiyi fikirlər süni intellektin strateji əhəmiyyətinin dövlət idarəçiliyində nə qədər böyük və önəmli olduğunu açıq ortaya qoyur: "Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər" .
Bütün bunlar əsas verir deyək ki, Azərbaycanın rəqəmsallaşma strategiyası son illər sürətlə inkişaf edib. "Mygov" platforması, "dövlət buludu" və SİMA kimi innovativ layihələr vətəndaşlara xidmətin mərkəzləşdirilməsi, sürətli və şəffaf təqdim olunması baxımından əhəmiyyətli hadisədir. Rəqəmsal infrastrukturun gücləndirilməsi, data mərkəzlərinin və genişzolaqlı internet şəbəkəsinin formalaşdırılması ölkəmizi texnoloji baxımdan gücləndirir.

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 580   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr