İlham Əliyevdən Ermənistan təmsilçisinin təxribatçı sualına CAVAB - VİDEO
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində ermənistanlı gənc lider Stefan Safaryan Prezident İlham Əliyevə sual ünvanlayıb. O, Ermənistanın "Sülh kəsişməsi" layihəsinin əhəmiyyətindən və Konstitusiya məsələsindən danışıb.
Oxu.Az xəbər verir ki, S.Safaryanın Ermənistan Konstitusiyasındakı ərazi iddialarına bəraət qazandırmaq cəhdi ilə bağlı sualına Prezident İlham Əliyev belə cavab verib:
"Ermənistan Konstitusiyasının hüquqi məsələsinə gəldikdə, çox təfərrüata varmaq istəməzdim. Amma sizin şərhiniz məni sadəcə onu deməyə məcbur etdi ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi sizin Konstitusiyanızın bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir. Gəlin indi, tədbir bitməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var. "Sülh yolu kəsişməsi"nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin "Sülh yolu kəsişməsi" layihəsini yenidən başladar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2093 Tarix: 15 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGələn ay 10 gün iş olmayacaq
İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər
5 maySabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanın bəzi bölgələrində mayın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala
4 mayBakıda temperatur 21 gün normadan yuxarı olub
2026-cı ilin aprel ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 21 gün normadan yuxarı olub. Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Orta aylıq temperatur 13C isti təşkil edib. Qeyd edilib ki, yarımadad
4 mayBu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək
Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdiriləcək. Trend-in məlumatına görə, bununla bağlı qanun layihəsi artıq Milli Məclisə daxil olub. Belə ki, "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsi Milli Məclisinin Regional məsələlər komitəsini
4 mayAzərbaycandan tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Qeyd olunur ki, 8 vaqon gübrə Ermənistana göndəriləcək. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas
3 mayAzərbaycanlı tələbə Türkiyədə qəzada öldü
Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu dünyasını dəyişib. -a istinadən xəbər verir ki, gənc tələbə Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib
4 mayBakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir
Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") işə başlayıb. xəbər verir ki, mayın 8-nə qədər davam edəcək sərgilərdə 45 ölkədəm 447 şirkət iştirak edir. Sərgiləri
4 mayHərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirib
Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində "Ulu Öndər irsi - dövlətçilik və ordu quruculuğunun təməli" mözvzusunda tədbir keçirib. Bu barədə -a Hərbi Prokurorluqda
4 may