Bələdiyyə sənədi ilə torpaq alanlara XƏBƏRDARLIQ - Artıq...
Son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəsə etibar edilməsini qeydiyyata almır. Halbuki əvvəlki illərdə bu cür əməliyyatları notarius həyata keçirirdi.
Digər bir məsələsə vaxtilə notarius üzərindən torpağı etibarnamə ilə alan vətəndaşların müraciətinə Dövlət Reyest Xidmətində baxılmamasıdır. Xidmət ancaq birinci şəxsin müraciətinə baxır. Etibarnamə almış şəxslərdənsə tələb olunur ki, adına sənəd olan şəxs müraciət etsin.
Bu da təbii ki, vətəndaşlar arasında anlaşılmazlıq və narazılıq yaradır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, problem hüquqları müəyyən edilməyən torpaqlarla bağlıdır:
"Bəzi vətəndaşlar bələdiyyə sənədi olan torpaqları etibarnamə ilə alırlar. Amma həmin şəxslər unudurlar ki, aldığı torpaq sahəsi satan şəxsin mülkiyyətinə aid deyil. Çünki bələdiyyə sənədi hələ mülkiyyət hüquqununun tanınması demək deyil.
Çox faktlar olur ki, bələdiyyələr müvafiq dövlət qurumları ilə razılaşdırma aparmadan torpağı kimlərəsə satır. Yaxud da bələdiyyə öz mülkiyyətində olmayan torpaqları da vətəndaşlara satır. Bu isə qanun pozuntusudur. Ona görə də bələdiyyə sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.
Son 10 ilə qədər vətəndaşlara bələdiyyə sənədləri ilə çox sayda torpaq satılıb.
Hətta satılan torpaqlarda evin tikintisinə də imkan yaradıblar. Əvvəllər bəzi notariuslar da bələdiyyənin verdiyi torpaq sahəsinin kiminsə ixtiyarına verilməsinə dair etibarnaməni tanıyırdı. Lakin Əmlak Məsələləri Dövlət Ximətinin tövsiyələrindən sonra notariuslar bələdiyyə sənədlərinə etibarnamə verməyi dayandırdı.
Eyni zamanda, vaxtilə bələdiyyə sənədini etibarnamə ilə alan şəxslər çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən də problemlə üzləşirlər. Xidmət etibarnaməni qəbul etməməsinin də səbəbi odur ki, ancaq çıxarışı olan torpaqların alqı-satqısını Xidmət həyata keçirir. Bələdiyyə sərəncamına etibarnamə almış vətəndaşların sənədini də Xidmət qəbul etmir. Yalnız birinci şəxs Reystr Xidmətinə müraciət edə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Paltarlarınızın gözəl qoxması üçün qarderoba bunu qoyun
Sulanmayan qatığın sirri bu qədər sadə imiş
Yumurta kartonlarının boz olmasının səbəbi ortaya çıxdı
Ata qızını görün, necə gəlin YOLA SALDI - VİDEO
Narazı gəlin diqqət çəkdi - VİDEO
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
Pərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?
İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO
Nikol Paşinyan Azərbaycana gəlmək istəyir
Sabahdan bəzi rayonlarda hava yağıntılı olacaq, külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda istilik mövsümü uzadılır?
Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO
Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK