"Sosial şəbəkə məhsul yox, hiss satır" - Samirə Bağırova

"Sosial şəbəkə məhsul yox, hiss satır" - Samirə BağırovaSon illər sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və burada yayımlanan reklamlar, endirim kampaniyaları, eləcə də influenser tövsiyələri vətəndaşların alış-veriş vərdişlərinə birbaşa təsir göstərir. Bir çox hallarda insanlar sosial mediada gördüyü məhsulu real ehtiyacı olmadan almağa qərar verir, bu isə impulsiv alış-veriş, sonradan peşmanlıq və maddi çətinliklər kimi hallara yol aça bilir. Bəs bu cür davranışın formalaşmasında hansı psixoloji amillər rol oynayır və insanlar özlərini sosial şəbəkələrin yaratdığı bu təsirdən necə qoruya bilərlər?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, cəmiyyətdə insanların böyük faizi özünü başqaları ilə müqayisə edir:

"Başqalarının kənardan "ideal" kimi görünən həyatlarını izləyəndə insanlarda daxili boşluq yaranır və bu çatışmazlığı doldurmaq üçün yenə sosial şəbəkə hərəkətə keçir. Əvvəlcə insanlar özlərini reklam edir, izləyicidə əksiklik hissini oyadır, sonra isə boşluğu doldurmaq üçün hər hansısa məhsulu tərifləməyə başlayırlar.

Ümumiyyətlə, satışla məşğul olanlar, hətta dünya brendləri belə, ələlxüsus insanların psixologiyasını dərindən öyrənirlər. Alış-verişi təşviq etmək və dopamin hormonunu oyatmaq üçün marketoloqlar müxtəlif psixoloji metodlardan istifadə edirlər. Ən sadə misal kimi "Endirim bitir", "Son 1 ədəd qalıb" kimi mesajlar insanlarda itirmə qorxusunu aktivləşdirir. Belə olduqda məntiq işləmir, mexaniki olaraq impulslar qərar verir.

İnfluenserlərə gəlincə, onlar "səmimi" görünməyə çalışırlar, çünki səmimiyyət sayəsində izləyici sayının artma ehtimalı var. İnsanlar ekran arxasındakı səmimiyyəti doğru zənn edərək yaxınlıq hissi keçirirlər. Hətta onları dost kimi qəbul edənlər də olur. İnfluenserlərin təqdim etdiyi məhsul artıq sadəcə məhsul kimi deyil, süni kimliyi formalaşdıran simvola çevrilir.

Anlamaq lazımdır ki, sosial şəbəkə məhsul satmır, hiss satır. Tövsiyə olunur ki, məhsul almaq istəyi yaranarkən 1-2 gün gözləmək lazımdır. İnsan düşünməlidir: əgər darıxanda, özünü dəyərsiz hiss edəndə, stress zamanı, daxili boşluq içində olanda alış edirsə, müqayisə və ya təsdiq ehtiyacı ilə qərar verirsə, deməli problem məhsulda deyil, emosional boşluqdadır.

İnsan bir şey almadan öncə özünə bir neçə sadə sual verə bilər: Mən bunu hansı ehtiyacıma görə və hansı problemimi həll etmək üçün alıram? Hazırda daxili emosiyalarım hansı vəziyyətdədir? Nağd və ya kartla ödəniş edərkən bu iki üsul məndə hansı hissləri yaradır? Niyə bunu almaq istəyirəm? Almasam nə olacaq? Alternativ yol nədir?

Əgər istək "hamıda var", "gözəldir", "dəbdədir", "endirimdədir" kimi düşüncələrlə yaranıbsa, insan bir az səbir etsə, bu hiss yarandığı kimi sürətlə də sönəcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 16 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda binaların təmirinə 23 milyon manatdan çox pul xərclənəcək

Bakının bir neçə rayonunda binalar təmin olunacaq. -ın məlumatına görə bununla bağlı müvafiq prosedura başlanılıb. Belə ki, Bakı şəhərinin Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmiri həyata keçiriləcək. Sözügedən işlər

4 may
.

İldırımın vurub öldürdüyü gəncin - Fotosu

Xəbər verdiyimiz kimi, dünən saat 17 radələrində Lerik rayonunda ildırım vurması nəticəsində bir nəfər həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 21 yaşlı Cəfər Əbdül oğlu Mirzəzadənin fotosunu yayıb. Qeyd edək ki, ildırım C.Mirzəzadəni evinin həyətində vurub

4 may
.

Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə ilə aparılacaq (RƏSMİ)

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu il hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbulun müsabiqə yolu ilə aparılacağını açıqlayıb. xəbər verir ki, Agentliyin məlumatına görə, bu il Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbini

4 may
.

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq. Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun - Milli Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün - 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixlər

5 may
.

WUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı əlavə tədbirlər görüləcək. xəbər verir ki, bu barədə keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib. Onu

5 may
.

Hirkan meşələrində GİZLİ HƏYAT: Fototələlərdən NADİR GÖRÜNTÜLƏR

Cüyürlərin ehtiyatlı addımları, ayıların meşədə sərbəst dolaşması - bütün bunlar Hirkan Milli Parkı ərazisində quraşdırılmış fototələlərin yaddaşına köçən son görüntülərdir. İnsan gözündən uzaq qalan bu anlar ağaclar üzərində yerləşdirilən xüsusi kameralar vasitəsilə qeydə alınır. Hər rüb bu cihazları

4 may
.

Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? - VİDEO

Son vaxtlar ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra meyvə bağlarına, xüsusilə də çiçəklənmə dövründə olan nektarin bağlarına mənfi təsir göstərib. Xaçmaz və Zaqatala rayonlarından olan fermerlər üzləşdikləri çətinliklərlə bağlı Baku TV-yə danışıblar. Onlardan biri bildirib ki

3 may
.

Pərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?

Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v

4 may
.

"2025-ci ildə Azərbaycandan rekord sayda kənd təsərrüfatı məhsulları dünya bazarına ixrac olunub" - Qoşqar Təhməzli

Ötən il Azərbaycandan 914 min ton bitkiçilik məhsulları ixrac edilib. xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) dədri Qoşqar Təhməzli bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 31-ci Azərbaycan Beynəlxalq Qid

5 may