"Heç bir komanda "Nyukasl"a qarşı oynamaq istəmir" - Qurban Qurbanov

"Heç bir komanda "Nyukasl"a qarşı oynamaq istəmir" - Qurban Qurbanov"Böyük tərcübə əldə edə biləcəyimiz bir oyundur. Pley-offda oynamaq Azərbaycan futbolu tarixi üçün ilkdir. "Nyukasl" çox güclü bir klubdur. Onlar dünyanın ən güclü liqasında çıxış edirlər"

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin "Nyukasl" klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

"Oyuna çox da yaxşı hazırlaşa bilməmişik. Futbolçularım bu oyuna inamla yanaşırlar. Onların hər biri ən yaxşı oyunlarını oynayacaqlarına əminəm. İngiltərə Premyer Liqasında heç bir komanda "Nyukasl"a qarşı oynamaq istəmir. Onlar rəqibə öz oyunlarını oynamağa imkan verməyən kollektivdir. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Baxmayaraq ki, rəqib bizdən daha fiziki baxımdan güclüdür, öz oyunumuzu oynayacağıq" - Qurbanov əlavə edib.

- Pley-offun iki matçdan ibarət olduğunu düşünsək, sabah "Qarabağ"dan daha ehtiyatlı oyun görə bilərikmi?

- Həmişə hücumda çıxış etsək də, müdafiədə də ehtiyatlı oynamağa çalışmışıq. Burda bəzi amillər var. Buna baxmayaraq, nəyisə etməyi arzulayırıqsa, daha yaradıcı olmalıyıq. İllərdir futbolçularımdan tələbim odur ki, hücumda ola-ola düzgün müdafiə olunaq. Dediyim kimi, reallıq var. Rəqib də bu barədə düşünür. Rəqib futbolçuların ustalığı, keyfiyyəti bəzən bizim istəklərimizi üstələyir. Sabah məğlub olsaq belə, azarkeşlərin daha yaxşı, dinamik oyunun görməsini istəyirəm.

- "İmişli" ilə oyundan sonra komandanın "Nyukasl"la matça çətin hazır olacağını bildirmişdiniz. Hazırda vəziyyət nə yerdədir?

- Maksimum çalışırıq ki, komandanı oyuna hazır edək. Bir neçə gün öncəki olayları xatırlamaq lazım deyil. Futbolçularla da danışdıq ki, tez bir zamanda hazır olmaq lazımdır. Kənardan onlara baxıb analiz edirdim, pis hazırlaşmayıblar. Ola bilər ki, oyunun hansısa hissəsində yorğunluqları hiss olunsun, amma inanıram ki, güc toplayıb sonadək oynayacaqlar.

- "Nyukasl"ın Premyer Liqada son oyunlarda nəticəsi yaxşı hesab olunmur. Bu sizin işinizə yaraya bilərmi?

- İngiltərədə elədir ki, işlər yaxşı getmir deyə bir termin yoxdur. Bu liqa elədir ki, lider komanda ilə 15-ci sırada olan arasında fərq görünmür. Onların üstün tərəfləri budur. Bəzən bu ölkənin klubları daxili çempionatlarını Çempionlar Liqasından daha üstün tuturlar.

- Sabahkı oyunda Kadi ilə başlayacaqsınız, yoxsa Montiellə? Nəriman Axundzadənin yerinə iştirak ərizəsinə kimi əlavə edəcəksiniz?

- Kadi Borgesin geri dönməsi bizim üçün xoşdur. O, bizim əlimzidə əlavə bir variantdır ki, onun sayəsində hər hansı dəyişiklik edə bilərik. Tam heyətlə bağlı son məşqdən sonra qərar verəcəyik. Nəriman Axundzadənin əvəzinə iştirak ərizəsində yeni oyunçu olmayacaq. Onun yerinə yalnız akademiyadan kimisə əlavə edə bilərik. Biz düzgün yoldayıq və böyük turnirdə böyük klubların sırasındayıq. Bu bizə əlavə inam və motivasiya verir. İnanıram ki, builki performans bizə gələcəkdə kömək olacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1004   Tarix: 17 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər

İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi

9 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

Azərbaycanın UEFA reytinqində neçəncidir?

Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab

11 sentyabr
.

"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb

"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub

10 sentyabr
.

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub. Bu barədə -a klubdan məlumat verilib. Futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da isə doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib. Forvard sentyabrın 21-də

9 sentyabr