Nazir beş nəfərə yüksək vəzifə verdi

Nazir beş nəfərə yüksək vəzifə verdiƏmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrləri ilə nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.

Sonxeber.az Bakupost.az-a istinadla xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.

Nazir beş nəfərə yüksək vəzifə verdiİlkin Məmmədov 1988-ci ildə doğulub. Sumqayıt Dövlət Universitetində iqtisadçı-menecer ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda "Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. Ötən dövrdə özəl sektorda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.
Nazir beş nəfərə yüksək vəzifə verdiElnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.
Nazir beş nəfərə yüksək vəzifə verdiArif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib. Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Nazir beş nəfərə yüksək vəzifə verdiƏlişah Kövsərov 1975-ci ildə doğulub. Bakı Avrasiya Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Ötən dövrdə Nazirlik sistemində müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.
Nazir beş nəfərə yüksək vəzifə verdiElşən Mahmudov 1979-cu ildə doğulub. Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə bakalavr, mühəndis biznesi və menecment ixtisası üzrə magistr təhsili alıb. Ötən dövrdə rabitə sahəsində, Teleradio İstehsalat Birliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müxtəlif vəzifələrdə, hazırkı vəzifəsinə qədər DSMF sədrinin müşaviri vəzifəsində çalışıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1125   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 6-na olan qiymətli metallar bazarında qızılın qiymətində yeni dinamika müşahidə olunur. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7034.7105 manat təşkil edir. Qramla satışda 99 əyyarlı 1 qram təmiz qızıl 226.17 manata təklif olunur. Digər əyyarlar üzr

6 noyabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla

17 noyabr
.

Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam

16 noyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib

Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd

4 noyabr
.

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda

17 noyabr
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

16 noyabr
.

Gürcüstandan avtomobil gətirmək bahalaşdı: Alıcıları nə qədər əlavə xərc gözləyir?

Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi ilə bağlı yeni maliyyə yükü yaranıb. Belə ki, 2026-cı il noyabrın 16-dan Gürcüstanda avtomobillərin təkrar ixracının gömrük rəsmiləşdirilməsi üçün 450 lari, yəni təxminən 295 manat əlavə xidmət haqqı tətbiq olunur. Bu ödəniş Gürcüstan bazarından avtomobi

18 noyabr
.

Azərbaycanda fond yaratmaq üçün nizamnamə kapitalı 100 min manat olacaq

Azərbaycanda fondlar yaradılarkən nizamnamə kapitalı ilə bağlı qoyulan tələb dəyişir. İqtisadiyyat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Mövcud qanunvericiliyə görə, fond yaradılarkə

18 noyabr