"Belarusun sənaye və emal sahələrində topladığı təcrübə Azərbaycanın postkonflikt inkişaf modelinə uyğun gəlir" - AÇIQLAMA

"Belarusun sənaye və emal sahələrində topladığı təcrübə Azərbaycanın postkonflikt inkişaf modelinə uyğun gəlir" - AÇIQLAMABelarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Ağdam Sənaye Parkını ziyarət edib.

Sonxeber.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, səfər çərçivəsində Belarus və Azərbaycan arasında azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

"Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviçin Ağdam Sənaye Parkına səfəri postmünaqişə dövründə formalaşan yeni regional iqtisadi reallıqların mühüm indikatoru kimi dəyərləndirilməlidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu ziyarət Azərbaycanın azad edilmiş əraziləri təkcə bərpa və quruculuq məkanı deyil, eyni zamanda beynəlxalq iqtisadi əməkdaşlıq platforması kimi təqdim etmək strategiyasının praktik nəticə verdiyini göstərir. Ağdam Sənaye Parkı artıq simvolik statusdan çıxaraq real investisiya və istehsal mərkəzinə çevrilməkdədir və bu prosesdə xarici tərəfdaşların iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Belarusun sənaye, maşınqayırma, kənd təsərrüfatı texnikası və emal sahələrində topladığı təcrübə Azərbaycanın postkonflikt inkişaf modelinə uyğun gəlir. Minsk üçün bu əməkdaşlıq Cənubi Qafqazda iqtisadi mövcudluğunu gücləndirmək, yeni bazarlara çıxış əldə etmək və dəyişən beynəlxalq şəraitdə alternativ tərəfdaşlıq imkanlarını genişləndirmək baxımından rasional addımdır. Bakı üçün isə bu cür təmaslar azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyasını sürətləndirməklə yanaşı, həmin zonaların beynəlxalq istehsal və logistika zəncirlərinə daxil edilməsinə xidmət edir.

Səfərin siyasi konteksti də diqqətəlayiqdir. Azərbaycan bu cür iqtisadi diplomatiya vasitəsilə regionda sülhün və sabitliyin maddi əsaslarını möhkəmləndirməyə çalışır. Birgə layihələr yalnız iqtisadi fayda deyil, həm də uzunmüddətli siyasi qarşılıqlı asılılıq yaradır. Bu baxımdan Ağdam Sənaye Parkı təkcə sənaye infrastrukturu deyil, Azərbaycanın suverenlik sonrası inkişaf strategiyasının və regional iqtisadi diplomatiyasının konkret alətinə çevrilir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 545   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr