"Reytinq xatirinə zövqü korlayıb, səviyyəni aşağı salmısınız"

"Reytinq xatirinə zövqü korlayıb, səviyyəni aşağı salmısınız""Bir çox televiziya aparıcılarına, müəyyən verilişlərin redaktor və direktorlarına sualım var! 20-30 ildən sonra bu gün efirlərinizdə nümayiş etdirdiyiniz bu səviyyəsizliyi hansı üzlə xatırlayacaqsınız? Gələcək nəsil sizdən soruşanda ki, Azərbaycan mədəniyyətini, bu qədər zəngin və bənzərsiz musiqi irsimizi necə qorudunuz, nə cavab verəcəksiniz? Deyəcəksiniz ki, efirə çıxardıqlarımız musiqidən xəbəri olmayan, yalnız sosial şəbəkədə "populyar" olan insanlar idi? Doğrudanmı bu gün kim izlənmə yığırsa, o da efirə çıxmalıdır? Bu qədərmi ucuzlaşmalıdır meyarlar? Peşəkar Azərbaycan musiqisi hər zaman sevilib, hər zaman zirvədə olub və tarixdə əbədi yaşayacaq! Amma siz bu gün gənc nəslə elə ifalar və təqdimatlar göstərirsiniz ki, küçədə belə dinlənməsi insana xəcalət gətirər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial media hesabında yazıb. O, verilişləri və aparıcıları sərt tənqid edib:

"Efir sadəcə şou deyil! Efir millətin aynasıdır! Efir gələcəyin yaddaşıdır! Siz isə bu aynanı bulandırırsınız… Bu yaddaşı zədələyirsiniz… Bu millətin musiqi adına qürur duyduğu dəyərləri ayaq altına atırsınız! Unutmayın, zaman hər şeyi yerinə qoyur. Amma tarix heç vaxt səhv tərəfdə duranları bağışlamır.

Gələcək nəsilə doğru mədəniyyətimizi, zövqlü musiqimizi, həqiqi sənəti təbliğ etməliyik! Əgər deyəcəksiniz ki, "indi kim yaxşı musiqiyə qiymət verir?", "hamiya şou lazımdır", "dava-dalaş reytinq gətirir", onda sual verirəm: bu zövqü formalaşdıran kimdir? Efir zövq yaradır. Efir istiqamət göstərir. Efir cəmiyyətin düşüncəsinə təsir edir. Əgər siz hər gün səviyyəsizi təqdim etsəniz, əlbəttə ki, səviyyəsiz alqışlanacaq.

Amma siz bir yerdə qərar versəniz ki, yaxşısını, keyfiyyətlisini, peşəkarı təbliğ edək, onda görəcəksiniz ki, tamaşaçı da dəyişir, zövq də yüksəlir, keyfiyyət də öz yerini tutur! Birlikdə başlayın yaxşısını göstərməyə, dəyəri olanı efirə çıxarmağa, həqiqi sənətə meydan verməyə. O zaman görəcəksiniz ki, keyfiyyət nədir və necə olmalıdır! O zaman anlayacaqsınız ki, xalqın zövqü aşağı deyil, sadəcə ona seçim təqdim edən sizsiniz. Unutmayaq: biz gələcəyin musiqi yaddaşını bu gün yazırıq".

Sənətçi aparıcıların tez-tez səsləndirdiyi bəhanələrə isə belə reaksiya verib:

"Bir də bəzi aparıcılar efirdə belə deyirlər: "Yaxşılar, sənətkarlar gəlmir bizim efirə, biz də məcbur qalıb bayağıları dəvət edirik…" Doğrudanmı məsələ budur? İllərlə efiri 2-3-cü dərəcəli səviyyəyə salandan sonra, sənətkar niyə gəlib sizin verilişinizdə iştirak etməlidir? Reytinq xatirinə zövqü korlamısınız, dəyəri ucuzlaşdırmısınız, səviyyəni aşağı salmısınız, sonra da deyirsiniz ki, yaxşılar gəlmir.

Əvvəlcə konsepti köklü şəkildə dəyişmək lazımdır! Mühiti dəyişmək lazımdır! Dəyər anlayışını geri qaytarmaq lazımdır! Əgər siz bayağını alqışlatmağı bacarırsınızsa, deməli keyfiyyəti də alqışlatmağı bacarırsınız! Çünki tamaşaçı sizin təqdim etdiyinizə reaksiya verir. Yox, əgər birini bacarıb, digərini bacarmırsınızsa, deməli məsələ tamaşaçıda deyil… O zaman açıq demək lazımdır: Siz keyfiyyətin tərəfdarı yox, onun qarşısında dayananlardansınız".

Qeyd edək ki, ötən gün müğənni Səidə Sultan da proqramları və aparıcılarını tənqid etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 552   Tarix: 21 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Komedixana"da tamaşaçının gülüşü aktyorları da güldürdü - VİDEO

"Komedixana"nın buraxılışlarından birində yaşanan maraqlı an sosial şəbəkələrdə müzakirələrə səbəb olub. -ın məlumatına görə, çəkiliş zamanı səhnədə nümayiş olunan səhnəcik zalda əyləşən tamaşaçılardan birinin reaksiyası ilə daha da rəngarəngləşib. Belə ki, qadın tamaşaçının səhnəcik zaman

5 sentyabr
.

Məşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO

Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser

4 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...

Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ

6 sentyabr
.

"Belə valideynləri qınayıram"

Xalq artisti Miri Yusif valideynlərə müraciət edib. Axşam.az xəbər verir ki, sənətçi avtomobildə azyaşlı uşaqların təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, valideynlər uşaqlaeı sükan arxasında oturanda qorumurlar:. "Sükan arxasında olarkən azyaşlı uşaqlarını qucağında və ya dizini

7 sentyabr
.

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

ABŞ-nin Minnesota ştatında oğurluq ittihamı ilə saxlanılan 35 yaşlı Sirena Enn Kuastın polis tərəfindən çəkilmiş fotosu sosial mediada böyük marağa səbəb olub. Səbəb isə onun məşhur müğənni və aktrisa Cennifer Lopezi xatırlatmasıdır. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Montiçello şəhərind

18 sentyabr
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

5 sentyabr
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13 sentyabr
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13 sentyabr