Ceyms Kemeron həyəcan təbili çaldı: Kinoteatrların taleyi təhlükədədir
"Terminator", "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeron amerikalı senator Mayk Liyə məktub göndərərək "Netflix" şirkətinin "Warner Bros. Discovery" (WBD) media qrupunu satın alma niyyətini tənqid edib.
Oxu.Az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Kemeron məktubunda bildirib:
"Mən qəti əminəm ki, WBD-nin "Netflix"ə satılması ilə bağlı təklif olunan razılaşma bütün həyatımı həsr etdiyim kinoteatr biznesi üçün fəlakət olacaq. Əlbəttə, bütün filmlərim video platformalarda da nümayiş olunur, lakin mənim ilk və ən böyük sevgim kinoteatrdır. Bu razılaşma ABŞ-də kinoteatr biznesinə ciddi zərər vura, iş yerlərinin və kinoteatrlarda nümayiş olunan filmlərin sayının azalmasına səbəb ola bilər", - deyə rejissor vurğulayıb.
Kemeron əlavə edib ki, "Netflix"in biznes modeli ənənəvi kinoteatr nümayiş sistemi ilə ziddiyyət təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 374 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: İran ABŞ blokadası fonunda neft hasilatını azaldır
İran ABŞ-nin tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb. xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran neft anbarlarının tam dolmasını gözləmədən əvvəlcədən hasilatı azaltma
3 mayTorbalarda çürümüş insan qalıqları tapıldı
Rusiyanın Leninqrad vilayəti ərazisində kanalda paketlərə bölünmüş halda insan cəsədinin aşkar edilməsindən sonra cinayət işi açılıb. yerli mediaya istinadla bildirir ki, cinayət işi Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə başlanıb. Qalıqların tapıldığı əraziy
3 mayABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır
Vaşinqton mövcud hakimiyyəti devirmək üçün Kubada hərbi əməliyyatın keçirilməsi ehtimalını istisna etmir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir. "Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb. Qeyd olunub ki, AB
3 may