"Xocalı faciəsi qəddarlıq miqyasına görə tarixdəki ən ağır soyqırımlarla müqayisə olunur" - DEPUTAT

"Xocalı faciəsi qəddarlıq miqyasına görə tarixdəki ən ağır soyqırımlarla müqayisə olunur" - DEPUTAT"26 Fevral - Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı yaddaşıdır. Xocalı Azərbaycan xalqına vurulan sağalmaz yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə insanlığa qarşı ağır cinayət törədildi. Dinc əhali, qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Xocalı faciəsi məqsədli şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin qanlı təzahürü idi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Xocalı faciəsi insanlığa qarşı ümumbəşəri cinayətdir və onu törədənlər tarix və ədalət qarşısında heç vaxt bəraət qazana bilməyəcəklər:

"613 nəfərin qətli, 63 uşağın, 106 qadının, 70 ahılın öldürülməsi, 8 ailənin tamamilə məhv edilməsi, yarımçıq qalan talelər, ata həsrəti ilə böyüyən uşaqlar, ömürlük iztirab yaşayan analardır.

Xocalı faciəsi qəddarlıq miqyasına görə tarixdəki ən ağır soyqırımlarla müqayisə olunur. Beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu. Mülki əhali xüsusi amansızlıqla hədəf seçildi.

1994-cü ildə Milli Məclisin "Xocalı soyqırımı günü haqqında" qərarı ilə bu faciəyə rəsmi hüquqi qiymət verildi. Hər il 26 fevral saat 17:00-da elan edilən sükut dəqiqəsi qan yaddaşımızın anılmasıdır.

Möhtərəm Cənab Prezident İlham Əliyevin sözləri ilə desək:
"Biz Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik".

2023-cü ilin antiterror əməliyyatları ilə Xocalı azad olundu. Dövlət Bayrağımız Xocalıda ucaldıldı. Bu Zəfər olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin ruhunun şad olduğu məqam idi.

Azərbaycan xalqı Xocalı soyqırımının qisasını döyüş meydanında aldı. Düşmənə sarsıdıcı zərbələr vuruldu. Otuz illik işğala son qoyuldu. "Dəmir yumruq" milli iradənin və ədalətin təntənəsinə çevrildi. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmadı və heç vaxt bağışlamadı.

Tarixi ədalət bərpa olundu, Azərbaycanın suverenliyi tam təmin edildi. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız həm qələbənin, həm də haqqın rəmzidir.
Bu gün Xocalı yenidən qurulur. Ailələr doğma torpaqlarına qayıdır. Uşaq səsləri yenidən o torpaqlarda eşidilir. Memorial Kompleksin yaradılması faciənin unudulmaması, gələcək nəsillərin həqiqətləri bilməsi üçün mühüm addımdır.

"Xocalıya ədalət" çağırışı illərlə səsləndi. Bu gün biz həm ədaləti təmin etmiş xalqıq, həm də həqiqəti dünyaya çatdırmaqda qətiyyətliyik.

Xocalı şəhidlərinin xatirəsi qarşısında baş əyir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 924   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr