"Xocalı - bizim tariximizdir, ağrımızdır və eyni zamanda bərpa olunmuş ədalətin simvoludur" - DEPUTAT
"Xocalı faciəsi Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən ağır və ən dəhşətli insanlıq cinayətlərindən biridir. Bu faciə miqyasına və mülki əhaliyə qarşı törədilən vəhşiliyə görə tarixdə Holokost kimi tanınan soyqırımı ilə müqayisə olunur. Çünki Xocalıda insanlar yalnız azərbaycanlı olduqlarına görə - milli və etnik mənsubiyyətlərinə görə qətlə yetirildilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc sakin, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü, minlərlə insan ağır fiziki və mənəvi işgəncələrə məruz qaldı. Beynəlxalq hüquqa görə bu hadisə BMT-nin 1948-ci il Soyqırımı Konvensiyasında göstərilən bütün meyarlara uyğun gələn açıq soyqırımı cinayətidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə ilk dəfə siyasi və hüquqi qiymət verildi:
"1994-cü ildə Milli Məclis Xocalı hadisələrini rəsmi olaraq soyqırımı kimi tanıdı və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinə çevrildi.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2023-cü ildə Xocalı şəhəri tam azad edildi və Prezident İlham Əliyev Xocalıda Azərbaycan bayrağını ucaltdı. Bu, tarixi ədalətin bərpası idi.
Bu gün Xocalı yenidən qurulur, həyat qayıdır. Artıq yüzlərlə ailə doğma torpaqlarına köçürülüb, yeni evlər, infrastruktur və istehsal müəssisələri yaradılır. 2025-ci ildə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncamın imzalanması isə faciə qurbanlarının xatirəsinin əbədi yaşadılmasına xidmət edir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası xüsusi rol oynayır. Bu kampaniya artıq onlarla ölkədə milyonlarla insanı məlumatlandıraraq Xocalı soyqırımının tanınmasına ciddi töhfə verib.
Bu gün bizim əsas vəzifəmiz Xocalını yalnız anmaq deyil, həqiqətləri dünyaya çatdırmaq, ədalətin tam bərpasına nail olmaq və gələcək nəsillərin bu faciəni heç vaxt unutmamasını təmin etməkdir.
Xocalı - bizim tariximizdir, ağrımızdır və eyni zamanda bərpa olunmuş ədalətin simvoludur".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...