Prezidentdən xəbərdarlıq: "Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil"

Prezidentdən xəbərdarlıq: "Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil""Memorialın azad Xocalıda ucaldılması xüsusi siyasi məna daşıyır"
Adəm İsmayıl Bakuvi: "Bu çıxış - siyasi strategiyanın ifadəsi idi"

Memorial Soyqırımı Kompleksinin məhz Xocalıda açılması təsadüfi qərar deyil, bu, tarixi ədalətə söykənən siyasi mövqenin nəticəsidir. Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi belə hesab edir. Onun sözlərinə görə, Prezidentin Xocalıdakı çıxışı təkcə xatirə və duyğu çərçivəsində deyil, uzun illər düşünülmüş və həyata keçirilmiş siyasi strategiyanın ifadəsi kimi təqdim olundu.
O qeyd edir ki, çıxışda bildirildiyi kimi, kompleksin layihəsi illər əvvəl hazır idi, hətta Bakıda yer də seçilmişdi və yalnız son qərar gözlənilirdi. Ancaq Prezident hər dəfə bu qərarı verməkdən onu nəyinsə saxladığını deyir. Partiya sədrinin fikrincə, burada məsələ tikintinin gecikdirilməsi deyil, prinsipial mövqedir. Memorialın Bakıda deyil, azad olunmuş Xocalıda ucaldılması xüsusi siyasi məna daşıyır. Yəni yaddaş işğal şəraitində deyil, azad torpaqda əbədiləşdirilməli idi.
Adəm İsmayıl Bakuvi hesab edir ki, Prezidentin "ədalətin təntənəsi" ifadəsi çıxışın əsas məqamlarından biridir. Bu sözlərlə dövlət başçısı göstərir ki, ədalət sadəcə beynəlxalq tribunalar qarşısında səsləndirilən tələb deyil. Ədalət torpağın azad olunması, dövlət suverenliyinin bərpası və memorialın məhz həmin torpaqda inşa olunması ilə təmin edilir.
Prezidentin "biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq" fikri isə yaddaşın dövlət siyasətindəki yerini göstərir. Burada söhbət yalnız keçmişi xatırlamaqdan getmir. Bu, gələcək təhlükələrə qarşı ayıq olmaq çağırışıdır. "Həmişə güclü olmalıyıq" və "düşmən bizdən qorxmalıdır" mesajları isə təhlükəsizlik siyasətinin açıq ifadəsidir. Prezident bildirir ki, bu gün Azərbaycanın sülh içində yaşamasının əsas səbəbi onun güclü dövlət olmasıdır.
Partiya sədri qeyd edir ki, memorialın açılışında Xocalı sakinlərinin iştirakı da mühüm məna daşıyır. Öz doğmalarını və torpaqlarını itirmiş insanların 30 il ərzində inamını qoruyub saxlaması dövlətə və Orduya güvənin göstəricisidir. Prezidentin də vurğuladığı kimi, onları ayaqda saxlayan ədalətə və dövlətə inam olub.
Adəm İsmayıl Bakuvi çıxışın ən sərt hissələrindən birinin "Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil" fikri olduğunu bildirir. Bu, həm müqayisə, həm də xəbərdarlıqdır. Prezident açıq şəkildə mesaj verir ki, bu gün Azərbaycan güclü və özünü müdafiə etməyə qadir dövlətdir. "Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır" fikri isə qələbənin miqyasını göstərir.
Sonda partiya sədri vurğulayır ki, Prezidentin çıxışı Xocalı Memorialının yalnız anım yeri olmadığını, dövlətin gücünün, siyasi iradəsinin və tarixi yaddaşının rəmzi olduğunu göstərir. Prezidentin mesajı aydındır - Azərbaycan işğalla barışmadı, təzyiqlər qarşısında geri çəkilmədi və ədaləti gözləmədi. Ədalət təmin olundu və bununla yeni mərhələ başlandı.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 658   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr