Marko Roys "Los-Anceles Qalaksi" ilə yeni müqavilə imzalayıb
ABŞ-nin "Los-Anceles Qalaksi" klubu yarımmüdafiəçi Marko Roysla müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.
"Report" xəbər verir ki, 36 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
2024-cü ilin avqustunda komandaya qoşulan Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk üç oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.
Qeyd edək ki, "Los-Anceles Qalaksi"yə keçməzdən əvvəl Dortmund "Borussiya"sında çıxış edən Roys bu komandada 429 oyunda 170 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində iki dəfə Almaniyada ilin futbolçusu seçilib, üç dəfə Almaniya Superkubokunu və iki dəfə Almaniya Kubokunu qazanıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 431 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrŞahin Mustafayev yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib. ASTF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahin Mustafayev qarşıdakı 4 il ərzində də bu vəzifəni icra edəcək. Qeyd edək ki, Ş.Mustafayev 2014-c
16 sentyabrŞahruddin milliyə çağırılmadı
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind
18 sentyabrÇempionlar Liqası: "Qalatasaray" "Sportinq'ə məğlub oldu
UEFA Çempionlar Liqasında əsas mərhələnin I turunun növbəti matçları keçirilib. Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub. Türkiyə təmsilçilərindən "Qalatasaray" Portuqaliyada "Sportinq"in qonağı olub. Günün maraqla gözlənilən görüşlərindən bir
10 sentyabrXames Rodriges karyerasını İtaliyada davam etdirə bilər
İspaniyanın "Real" və Almaniyanın "Bavariya" (Münhen) klublarının sabiq yarımmüdafiəçisi Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. "Marca"ya istinadən xəbər verir ki, B Seriyası təmsilçisi "Avellino" 35 yaşlı kolumbiyalı yarımmüdafiəçiyə 1 illi
9 sentyabr"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabr"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabr