İranda son hücumlarda neçə adam ölüb? - Qızıl Aypara Cəmiyyəti açıqladı
28 fevraldan bəri ABŞ və İsrail hücumları nəticəsində ən azı 555 İran sakini həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Qızıl Aypara Cəmiyyəti öz "Telegram" kanalında məlumat verib.
"Qızıl Aypara Cəmiyyətinin hesablamalarına görə, indiyə qədər 131 şəhər hücuma məruz qalıb və bu hücumlar nəticəsində 555 həmvətənimiz həyatını itirib.
Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasına əsaslanaraq, yardım əməliyyatları fasiləsiz şəkildə davam edir, xilasedicilər zərərçəkmiş ərazilərdə işləri davam etdirirlər və bütün ölkə ərazisində 100 mindən çox xilasedici tam hazırlıq vəziyyətindədir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 837 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrABŞ Konqresində hərb naziri Pit Heqsetə qarşı narazılıq artır
ABŞ Konqresində ölkənin hərb naziri vəzifəsini icra edən Pit Heqsetin fəaliyyətinə qarşı narazılıq getdikcə güclənir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Qeyd olunur ki, qanunvericilər ABŞ hərb nazirinin generalları istefaya göndərərək silahlı qüvvələr
19 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrAy necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər
Alimlər Ayın mənşəyi ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyələrdən birini yeni məlumatlarla yoxlamağa hazırlaşırlar. Tədqiqatçıların diqqəti BepiColombo kosmik missiyasına yönəlib. Missiya Merkuri haqqında əldə edəcəyi məlumatlarla planetin keçmişini və onun Yer və Ayın formalaşmasındakı mümkü
19 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabr