"Hizbullah"a məxsus "Ən-Nur" radiostansiyasının binası vuruldu

"Hizbullah"a məxsus "Ən-Nur" radiostansiyasının binası vurulduBeyrutda "Hizbullah" hədəflərinə hava hücumu olub.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, İsrail aviasiyası Livanın paytaxtı Beyrutun cənub hissəsində yerləşən Qobeyri və Haret Horeik bölgələrindəki "Hizbullah" hərəkatına aid obyektləri hədəfə alıb. Hərbi təyyarələr hərəkatın idarə etdiyi "Ən-Nur" radiostansiyasının olduğu binanı bombalayıb.

Məlumata görə, şəhərin cənub hissəsində daha bir neçə güclü partlayış səsi qeydə alınıb. Zərbə endirilən ərazilərə dərhal yanğınsöndürən texnika və təcili tibbi yardım briqadaları çağırılıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hücumdan öncə Beyrutun cənubunda yaşayan əhaliyə hədəf alınan bölgələri tərk etmək barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

İsrail martın 2-də Livandakı "Hizbullah" mövqelərinə zərbələr endirməyə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 484   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi

ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma

20 sentyabr
.

ABŞ Çinlə müharibənin astanasında idi

Yazda, İranla müharibənin ən qızğın vaxtında, Amerika ordusu arasında yayılan bir kəşfiyyat hesabatı dərhal həyəcana səbəb oldu. Hesabatda deyilirdi: "Yaxın Şərqdə bir Çin gəmisi nüvə silahı proqramı üçün komponentlər daşıyırdı". xəbər verir ki, məsələ ilə tanış olan dörd mənbəyə görə , AB

19 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Aleksandar Vuçiç Ukraynada səfərdədir

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir. Bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib. O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir. A.Vuçiç sosial şəbək

18 sentyabr
.

Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutsa da, siyahıya Ukrayna lideri Volodimir Zelenskinin adı daxil edilməyib. xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Obşestvennoye Novosti" nəşr

19 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr
.

Süni intellektin səhvi ABŞ və Çin arasında az qala müharibəyə səbəb olacaqdı

Yaz aylarında ABŞ hərbçiləri Yaxın Şərqdə Çinə məxsus gəmini ələ keçirməyə yaxın olublar. Buna səbəb süni intellekt tərəfindən generasiya edilmiş və gəmidə nüvə proqramı komponentlərinin daşındığını səhvən iddia edən kəşfiyyat hesabatı olub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın məlumatın

19 sentyabr
.

15 il sonra rejimdən gizlətdiyi kitablarına qovuşma anları viral oldu - Video

Suriyada Əsəd rejiminin dini və fəlsəfi əsərləri məhv edə biləcəyindən ehtiyat edən Əmr bin Mustafa Əlvan 15 il əvvəl divarın arxasında gizlətdiyi kitabxanasına qovuşub. "Qafqazinfo" xəbər verir ki, Suriya vətəndaş müharibəsinin ilk illərində Bəşər Əsəd rejiminin bir sıra kitabları qadağa

18 sentyabr