"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər" - AÇIQLAMA
"Düşünürəm ki, gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi bu gün hər bir dövlət üçün strateji məsələdir. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə milli kimlik məsələsi artıq sadəcə ideoloji mövzu deyil, milli təhlükəsizlik faktorudur. Azərbaycan nümunəsində bu prosesin təməlində dövlətçilik ənənələrinin düzgün təbliği dayanmalıdır. Gənclər bilməlidirlər ki, bu dövlət asanlıqla qurulmayıb. Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik strategiyası və bu kursun İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda söz sahibinə çevrilib. Bu faktlar emosional şüar kimi deyil, real siyasi və tarixi fakt kimi gənclərə çatdırılmalıdır".
Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev danışıb.
Ekspert bildirib ki, ilk növbədə məktəblərdə və ali təhsil müəssisələrində tarix, ədəbiyyat və vətəndaşlıq dərsləri formal deyil, müasir metodlarla, interaktiv formatda tədris olunmalıdır:
"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər. Qarabağ Zəfəri, şəhidlərin qəhrəmanlığı və müasir ordunun rolu sistemli şəkildə izah edilməlidir.
Ən mühüm istiqamətlərdən biri informasiya təhlükəsizliyidir. Bu gün gənclər əsasən sosial şəbəkələr vasitəsilə informasiya alırlar. Xarici ideoloji təsirlər, manipulyativ kontent və milli dəyərləri aşındıran tendensiyalar real təhlükədir. Dövlət və vətəndaş cəmiyyəti institutları milli məzmunlu keyfiyyətli media layihələri, sənədli filmlər, podkastlar və rəqəmsal platformalar yaratmalıdır. Vətənpərvərlik qeydiyyat xarakterli şüar kimi yalnız rəsmi tədbirlərlə deyil, müasir kommunikasiya dili ilə də təqdim olunmalıdır.
Hesab edirəm ki, ən vacib məqam gənclərin dövlət quruculuğunda, ictimai layihələrdə, könüllü fəaliyyətlərdə iştirak etməsidir. Çünki bu addımlar həm milli məsuliyyət hissini gücləndirir, həm də dövlətə xidməti aşılayır. Eyni zamanda, hərbi-vətənpərvərlik düşərgələri, sərhəd bölgələrinə maarifləndirici səfərlər, şəhid ailələri ilə görüşlər formal tədbir deyil, şüurun formalaşması vasitəsi olmalıdır.
Qeyd etməliyəm ki, milli mənlik şüuru yalnız keçmişlə bağlı deyil. Gənc bilməlidir ki, o, müasir, güclü və iddialı Azərbaycanın vətəndaşıdır. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, diplomatik uğurlar - bütün bunlar gənclərdə qürur hissi yaratmalıdır. Dövlətə bağlılıq yalnız emosional yox, rasional əsaslara söykənməlidir.
Beləliklə, belə demək daha dəqiq olardı ki, milli mənlik şüurunun inkişafı kompleks yanaşma tələb edir. Yəni, güclü təhsil, sağlam informasiya mühiti, real ictimai iştirak və dövlətçilik ideologiyasının sistemli təbliği. Əgər biz gənclərə yalnız keçmişi deyil, gələcəyi də göstərə bilsək, vətənpərvərlik şüar deyil, həyat tərzinə çevriləcək," - deyə baş redaktor əlavə edib.
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
SOCAR neftçiləri təbrik edib
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...