"Naxçıvana ölüm yağdırmaq cəhdi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir" - DEPUTAT

"Naxçıvana ölüm yağdırmaq cəhdi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir" - DEPUTAT"İran İslam Respublikası ərazisindən Azərbaycanın ayrılmaz parçası olan Naxçıvana qarşı həyata keçirilən dron hücumları regionda sülhə qarşı yönələn, terroru özündə ehtiva edən rəzillikdir. Bu hadisə beynəlxalq hüququn bütün norma və prinsiplərini ayaqlar altına atmaqdır. Baş vermiş cinayət aktına görə məsuliyyət tam şəkildə və qeyd-şərtsiz İran tərəfinin üzərinə düşür. Azərbaycan dövlətinin qüdrəti qarşısında aciz qalan molla rejiminin mülki infrastrukturu, hava limanını hədəf seçməsi onun qorxaqlığını və hərbi etikasının yoxluğunu bariz şəkildə nümayiş etdirir", - bu sözləri Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:

"Bu hücum həm də molla rejiminin dərinləşən riyakarlığını və nankorluğunu ifşa edir. Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verməsi, şəxsən səfirliyi ziyarət edərək, kədərini bölüşməsi və rəsmi Bakının çətin gündə qonşusuna humanitar yardım planlaşdırması sivil dövlətçilik nümunəsi idi. Lakin bu səmimiyyətin qarşılığında Naxçıvana ölüm yağdırmaq cəhdi Tehranın siyasi əxlaqdan kənar olduğunu sübuta yetirir. Belə bir xəyanətkar yanaşma, tarix boyu Azərbaycanın xoşməramlı qonşuluq siyasətinə sadiq qalmasına və öz ərazisindən İran üçün heç bir təhlükə yaranmasına imkan verməməsinə baxmayaraq atılmış murdar addımdır.

Molla rejimi milli kimliyimizə qənim kəsildiyini göstərir. İran daxilində soydaşlarımızı fundamental hüquqlardan məhrum edən, fəal soydaşlarımızı zindanlarda çürüdən və milli varlığımızı təzyiq altında saxlayan fars molla rejimi, indi də müstəqil Azərbaycanın suverenliyinə qəsd etməyə çalışır. İran unutmamalıdır ki, Azərbaycana diş qıcartmağa cəsarət edənlər tarix boyu hər zaman ağır məğlubiyyətlə üzləşərək peşman olublar. Bu qorxaq dron hücumu da eyni aqibəti paylaşacaq, bu xəyanətin müəllifləri öz layiqli cəzalarını alacaqlar.

Mövcud vəziyyətdə İran İslam Respublikası dərhal bu terror aktına aydınlıq gətirməli, beynəlxalq ictimaiyyət qarşısında izahat verməli və gələcəkdə bu kimi halların təkrarlanmayacağına dair təminat verən təxirəsalınmaz tədbirlər görməlidir.

Azərbaycan hər zaman səmimilik və dürüstlük prinsipinə sadiqdir və dar gündə qonşularının yanında olub, lakin bu humanist yanaşma kimlərdəsə arxayınlıq yaratmamalıdır.

Azərbaycan dövləti öz vətəndaşlarını və torpağını qorumaq, müvafiq cavab tədbirləri görmək iqtidarındadır. Azərbaycana uzanan əl qətiyyətlə qırılacaq. Bu hücum aktları cavabsız qalmayacaq və hər bir təxribatın bədəli İran tərəfi üçün olduqca ağır olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1543   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr