"Müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər" - DEPUTAT

"Müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər" - DEPUTAT"Beynəlxalq Qadınlar Gününün yaranması XX əsrin əvvəllərində qadınların əmək hüquqları, seçki hüququ və sosial bərabərlik uğrunda mübarizəsi ilə bağlıdır. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Qadınlar Gününü rəsmi şəkildə qeyd etməyə başlamışdır. Həmin ildən etibarən bu gün qadın hüquqları və gender bərabərliyi mövzularının qlobal səviyyədə müzakirə olunduğu mühüm tarixə çevrilmişdir. Azərbaycanda qadınlar tarix boyu elm, mədəniyyət, siyasət və ictimai həyatda mühüm rol oynamışlar. Onların arasında dövlət xadimləri, alimlər, müəllimlər, həkimlər, incəsənət nümayəndələri və digər sahələrdə çalışan minlərlə qadın ölkənin inkişafına böyük töhfələr vermişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını hər zaman vətənin müdafiəsi uğrunda əlindən gələni əsirgəməmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri nümayiş etdirmişlər:

"Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmişlər. Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları bu gün də öz dərin zəkaları və tükənməz daxili potensialları ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

1995- ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdur. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir. Bundan başqa, 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisələrdən biridir.

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Bu məqsədlə 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə hər zaman həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər bütün xanımlar üçün örnəkdir.

Məlum olduğu kimi, "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı" hazırlanmışdır. Bu Milli Fəaliyyət Planı gender bərabərliyinin təmin olunması və bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, qadınların sosial-iqtisadi və ictimai-siyasi fəallığının artırılması, əmək bazarında gender fərqlərinin və ayrı-seçkiliyin azaldılması, təhsil, məşğulluq, media və digər sahələrdə gender yanaşmasının tətbiqi, gender bərabərliyi mədəniyyətinin təbliği və maarifləndirmə işlərinin gücləndirilməsi, sosial həssas qruplardan olan qadınların tibbi, hüquqi və sosial xidmətlərə çıxışının genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlər üzrə məqsədləri əhatə edir.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermiş, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu hər il artırmağa nail olmuşlar.

Beləliklə, müasir dövrdə ölkəmizdə qadınlar sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar dövlət idarəçiliyindən tutmuş elmə, biznesdən incəsənətə qədər müxtəlif istiqamətlərdə böyük uğurlar qazanırlar".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 920   Tarix: 06 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr