Qida dəyəri olmayan maddələri yemək istəyi hansı səbəblərdən yaranır? - AÇIQLAMA
Son dövrlər bəzi insanlarda gil, təbaşir, torpaq, kömür və hətta sabun kimi qida olmayan maddələri yemək istəyi müşahidə olunur. Mütəxəssislər bu halı "pika sindromu" adlandırır. Bəs, pika sindromu hansı faktorlarla əlaqələndirilir? bu cür qida olmayan maddələrə qarşı istəyi formalaşdıran əsas amillər nələrdir?
Mövzu ilə bağlı Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, pika sindromu qida dəyəri olmayan maddələrin - məsələn, təbaşir, gil, torpaq, sabun, saç, kömür, metal və kağız kimi şeylərin yeyilməsi ilə xarakterizə olunan yemə pozuntusudur:
"Bu vəziyyət daha çox uşaqlarda müşahidə edilsə də, bəzi hallarda böyüklərdə də rast gəlinir. Mütəxəssislərin fikrincə, pika sindromunun yaranmasına sosial, mədəni, iqtisadi, psixoloji və ailə faktorları təsir göstərə bilər.
Pika sindromunun yaranma səbəbləri
1. Qidalanma çatışmazlığı
Orqanizmin ehtiyac duyduğu karbohidrat, yağ, zülal, mineral (sink, dəmir, mis) və vitaminlərin, xüsusilə B1 və B6 vitaminlərinin kifayət qədər qəbul edilməməsi nəticəsində qida dəyəri olmayan maddələrə qarşı istək yarana bilər. Süd, yumurta, ət, balıq və pendir kimi qidaların yetərsiz qəbulu bu çatışmazlığa səbəb ola bilər.
2. Yanlış pəhriz proqramları
Qidalanmada balansın qorunmaması və düzgün planlaşdırılmayan diet proqramları orqanizmdə müxtəlif problemlərə səbəb olur və pika sindromunun yaranma riskini artırır.
3. Psixoloji səbəblər
Bəzi psixiatrik xəstəliklər insanın yemə davranışına təsir edir. Şizofreniya, obsessiv-kompulsiv pozuntu və depressiya kimi xəstəliklərdə yemə pozuntuları müşahidə oluna bilər. Eyni zamanda anoreksiya və bulimiya kimi yemə pozuntuları da pika sindromunun yaranmasına zəmin yarada bilər.
4. Hamiləlik və əmizdirmə dövrü
Qadınlarda hamiləlik və əmizdirmə dövründə qida istəkləri dəyişə bilər. Bu dövrdə dəmir çatışmazlığı və hemoqlobin səviyyəsinin aşağı düşməsi bəzi qeyri-adi qida istəklərinə səbəb ola bilər.
5. Uşaqlıq dövrü vərdişləri
Uşaqlar iməkləmə və diş çıxarma dövründə əllərinə keçən müxtəlif əşyaları ağızlarına aparmağa meylli olurlar. Əgər bu davranış yaş artdıqca davam edərsə, pika sindromunun formalaşmasına səbəb ola bilər.
6. Mədəni faktorlar
Bəzi xalqlarda torpaq və ya gil yemək kimi vərdişlər mədəni ənənə kimi qəbul edilir. Bu cür vərdişlərin davamlı olması pika sindromunun yaranmasına gətirib çıxara bilər.
7. Bəzi xəstəliklər
Vitamin və mineral çatışmazlığı immun sistemini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Məsələn, böyrək xəstəlikləri zamanı dəmir, sink və kalsium kimi mineralların orqanizm tərəfindən mənimsənilməsi çətinləşir və bu da pika sindromuna səbəb ola bilər.
Müalicə üsulları
Pika sindromu yemə pozuntuları qrupuna daxil olan psixiatrik xəstəlikdir. Müalicənin ilk mərhələsi bu vəziyyətin xəstəlik kimi qəbul edilməsidir. Daha sonra problemin yaranmasına səbəb olan faktorlar araşdırılır və müalicə planı buna uyğun qurulur.
Mütəxəssislərin - həkim, dietoloq və psixiatrın birgə iştirakı ilə xəstəyə uyğun qidalanma proqramı hazırlanır. Bundan əlavə, psixoloji dəstək və ailənin köməyi müalicə prosesində mühüm rol oynayır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1160 Tarix: 06 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021