İşsizliyin gücü: Qorxunu necə fürsətə çevirmək olar? - Psixoloq yazır
İnsanlar çox zaman öz çətinliklərini gizlətməyə çalışır, sanki zəifliklərini göstərmək ayıbdır. Halbuki məhz bu məqamda yanılırlar. Hər bir insanın taleyində enişlər və yoxuşlar olur. Elə anlar gəlir ki, insan özünü zəif hiss edir, amma məhz bu zəiflik anlarında o, yaşamaq uğrunda mübarizə aparmaq üçün tanıdığı və ya tanımadığı insanlarla əlaqə qurmağa başlayır. Bu dialoqlar, bu qarşılıqlı münasibətlər təkcə onu xilas etmir, həm də onun iş həyatını genişləndirir, şəxsiyyətini böyüdür.
Əgər sən 15-20 il ərzində eyni yolla, dəyişmədən, sanki bir rels üzərində hərəkət etmisənsə, bu sənə uğur deyil, tükənmişlik gətirə bilər. Bədən və ruh bu monotonluğa cavab olaraq fiziki və ya psixoloji xəstəliklərlə reaksiya verə bilər. Bir iş qadını olaraq əminliklə deyə bilərəm: dəyişiklik olmadan inkişaf mümkün deyil.
Zəifliklərini qəbul edib onları gücə çevirmək sənin əlindədir. Lakin bu yolda ən böyük maneə qorxudur. Qorxu - sənin ən yaxın düşmənindir. Onun evi "gələcək" zamanındadır. Orada sanki çıxış yolu yoxdur, sanki hər şey qaranlıqdır. Və sən, uslu bir şagird kimi, səsini çıxarmadan bu qorxunun hökmünə tabe olursan. Zaman keçir, və bir gün ayılıb deyirsən: "Kaş ki, vaxtında uduzardım, amma qərarımı verərdim." Hətta uduzmağa belə həsədlə baxırsan.
Bu səbəbdən, əgər səni işdən çıxarırlarsa - bu bir fürsətdir. Əgər səni işə qəbul etmirlərsə - bu, yeni insanlarla tanış olmaq, şəbəkəni genişləndirmək üçün imkandır. Əgər pul qazana bilmirsənsə - bu, özünü inkişaf etdirmək üçün sənə verilmiş zamandır. Çünki iş dünyasında daim düz gedən insan, əslində, çoxdan yanıb və sadəcə bu yanmış halını qəbul etmiş biridir.
Həyat - böyük bir səyahətdir. Harada doğulacağımıza biz qərar vermirik. Amma necə yaşayacağımıza, hansı istiqamətdə gedəcəyimizə qərar verən bizik. Bu dünya - ruhumuzun yenidən doğulduğu bir turizm şirkətidir. Və bu səyahətdə ən gözəl geyim - özünə inamdır. O, xaricdən deyil, içdən geyinilməlidir.
Unutma: Qərar pulla alınmır. Amma doğru qərarlarla sən pulu əldə edə bilərsən.
Psixoloq Xatirə Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 590 Tarix: 09 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabr