Elxan Qaraxanoğlu "Manset.az"ı məhkəməyə verdi - İddiası rədd edildi
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
O, müraciətində xəbərin saytdan silinməsini, təkzib olunmasını və üzr istənilməsini tələb edib.
Nərimanov Rayon Məhkəməsində hakim Şəbnur Əzizovanın sədrliyi ilə iclas keçirilib. İclasda iddiaçı Şirinov Elxan Qaraxan oğlunun cavabdeh "Manset.az Media" MMC-yə qarşı tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərardad çıxarılıb.
Bununla da Elxan Qaraxanoğlunun iddiası təmin edilməyib.
"Manset.az Media" MMC olaraq bildiririk ki, fəaliyyət göstərdiyimiz illər ərzində ölkədə səs-küylü müsahibələr, özəl xəbərlər, açıqlamalar və xüsusi reportajlarla istinad mənbəyinə çevrilmişik. Bu illər ərzində portalımız heç vaxt dəqiqləşdirilməmiş, yanlış məlumat yayımlamayıb. Daim "Media haqqında" qanuna riayət etmiş, jurnalistikanın etik davranış kodekslərinə sadiq qalmışıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 544 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabrDin xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya
"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada
17 noyabrPrezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr
18 noyabr"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video
Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd
16 noyabr