"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA
Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil, o, reallığa çevrilib".
"Sərhədlərimizdə sakitlik hökm sürür. Biz ticarət əlaqələri qurmuşuq. Bu, sülhün uzunmüddətli olduğuna, əsrlər boyu davam edəcəyinə dəlalət edir", - o bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Bakı və İrəvan arasında ticarət əlaqələrinin qurulması sadəcə iqtisadi əməkdaşlıq deyil, həm də uzunmüddətli sülhün möhkəmlənməsi üçün ən güclü zəmanətdir. Sərhədlərdə sakitliyin hökm sürməsi, qarşılıqlı asılılığın yaranması və iqtisadi inteqrasiyanın başlaması münaqişə risklərini minimuma endirir.
Azərbaycan bu addımla öz diplomatik iradəsini iqtisadi mexanizmlərlə gücləndirərək sülhün davamlılığını təmin edir. Bu, həm ölkənin regional liderliyini möhkəmləndirir, həm də beynəlxalq aləmdə Bakı üçün reputasiya üstünlüyü yaradır".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 892 Tarix: 13 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl
9 sentyabr 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden
29 avqust 2021