Pensiya və maaşların verilmə tarixi dəyişir? - 40 gün…
Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı. Lakin bu addımın başqa tərəfi də var. Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiya və müavinətlə dolanan ailələr üçün çətinlik yaradacaq.
Bəs bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarixini daha erkən vaxta keçirmək mümkündürmü?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, hökumət bayram ərəfəsində insanların alış-verişi əvvəlcədən planlaşdıra bilməsi üçün pensiyaların daha erkən ödənilməsinə qərar verir:
"Bu, düzgün və məqsədəuyğun addımdır. İnsanlar bayrama hazırlaşmaq üçün ərzaq və digər zəruri məhsulları əvvəlcədən ala bilirlər. Bəzən qiymət artımı da müşahidə olunur və vətəndaşlar ehtiyaclarını daha erkən təmin etmək imkanı qazanırlar. Digər tərəfdən, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməlidir. Pensiya və ya müavinəti daha tez alan şəxs növbəti ödənişə qədər müddətin bir qədər uzun ola biləcəyini nəzərə almalıdır".
İqtisadçı əlavə edib ki, pensiya və müavinətlərin verilməsinin vaxtının dəyişdirilməsi inandırıcı görünmür, o baxımdan erkən alan şəxslər xərclərini buna uyğun planlaşdırmalıdırlar:
"Bu, təkcə pensiya və müavinət alanlara aid deyil, maaş alanlara da şamil olunur. Məsələn, dövlət və ya özəl sektorda çalışan bəzi şəxslər maaşı ayın ortalarında alır və növbəti maaşa qədər müəyyən müddət gözləməli olurlar. Bu baxımdan hər kəs şəxsi büdcəsini düzgün idarə etməyi və vəsaitdən səmərəli istifadə etməyi bacarmalıdır.
Əgər 21-22 martda ödənilməsi nəzərdə tutulan pensiya 15 martda verilsə, vətəndaşların növbəti ay gəlirsiz qalmaması üçün ödənişin ayın 17-18-də həyata keçirilməsi məqsədəuyğun olar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7976 Tarix: 14 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrTƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabr