Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Avtomobildə yüksək səslə musiqi dinləyən sürücülərlə bağlı hallar son vaxtlar daha çox müşahidə olunur. Bəzi şəxslər gecə-gündüz fərqi qoymadan yaşayış məntəqələrində belə avtomobildə səslənən musiqinin səsini həddindən artıq artırırlar.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda keçirilən sorğu zamanı da yüksək səslə səslənən musiqi jurnalistlərin sakinlərlə söhbət aparmasına belə mane olub.
Sakinlər bildirirlər ki, hətta tıxac zamanı belə bəzi sürücülər avtomobildə musiqinin səsini maksimum səviyyəyə qaldırırlar.
Ekspertlərin sözlərinə görə, bununla bağlı müəyyən cərimələr mövcuddur. Lakin qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. Çünki yüksək səs çox vaxt avtomobillərə sonradan quraşdırılan əlavə səsgücləndirici sistemlərdən qaynaqlanır.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, avtomobillərinə əlavə kalonkalar və güclü səsgücləndiricilər quraşdıran şəxslər cərimələnməlidirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ictimai asayişi pozan şəxslərlə bağlı müvafiq tədbirlər görülür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 726 Tarix: 15 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabr