İlber Ortaylı ilə vida mərasimi keçirilir! - VİDEO
Tanınmış tarixçi və akademik İlber Ortaylı bu gün İstanbulda son mənzilə yola salınır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat etdikdən sonra bu gün İstanbulda dəfn olunur. Məşhur tarixçinin xatirəsinə Galatasaray Universitetində anım mərasimi təşkil edilib.
Universitetdə keçirilən mərasimdə Ortaylının ailə üzvləri, yaxınları və onu sevən çoxsaylı insanlar iştirak edib. Mərasim zamanı çıxış edən qızı atasının son günlərindən danışarkən göz yaşlarını saxlaya bilməyib.
O bildirib ki, atası xəstəxanada olduğu müddətdə belə elmi fəaliyyətini dayandırmayıb:
"Xəstəxanada olduğu dövrdə ətrafı kitablar, lüğətlər və qəzetlərlə dolu idi. Eyni zamanda nəşrə hazırlaşan kitabının redaktəsini edirdi. Dünən otağına daxil olanda yarımçıq qalan həmin redaktəni görmək mənə çox ağır gəldi".
Məlumata görə, İlber Ortaylı Fatih Məscidinin həyətində yerləşən qəbiristanlıqda dəfn olunacaq. Burada Osmanlı tarixinin görkəmli tədqiqatçısı Halil İnalcık, eləcə də tanınmış tarixçi və alimlər Kemal Karpat, Semavi Eyice və Mehmet Genç də torpağa tapşırılıb.
Qeyd edək ki, zəngin şəxsi kitabxanaya malik olan alim təxminən 30 min cilddən ibarət kitab kolleksiyasının böyük hissəsini Prezident Milli Kitabxanasına bağışlamışdı.
İlber Ortaylı 2005-2012-ci illərdə Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb. O, həmçinin Türk Tarix Qurumunun Elmi Şurasının üzvü kimi fəaliyyət göstərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 670 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabr