SOCAR "Palmali" Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlində "Palmali" tərəfindən SOCAR-a satılmış on gəmi ilə bağlı "Palmali" Qrupuna daxil olan şirkətlərin qaldırdığı arbitraj iddiaları üzrə qalib gəlib.
"Report" bu barədə Türkiyənin "Ekonomim" nəşrinə istinadən xəbər verir.
Azərbaycan və Türkiyə vətəndaşı olan Mübariz Mənsimov tərəfindən idarə olunan "Palmali" Qrupu 2023-cü ilin iyun ayında iddialar irəli sürərək arbitraj prosesinə başlayıb. Proses 2025-ci ilin noyabr ayında Böyük Britaniyanın London şəhərində keçirilən üç həftəlik dinləmə ilə yekunlaşıb.
Dinləmələr zamanı Mübariz Mənsimov və "Palmali" tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. "Palmali" tərəfi bir neçə İngiltərə və ABŞ hüquq firması, eləcə də ingilis vəkillər komandası tərəfindən təmsil olunub.
2026-cı ilin fevral ayında üç üzvdən ibarət arbitr tribunalı tərəfindən çıxarılan qərarda arbitraj tribunalı "Palmali"nin iddialarının nə hüquqi, nə də faktiki əsasının olmadığını müəyyənləşdirib və iddiaları bir neçə əsas üzrə tam şəkildə rədd edib. London Dəniz Arbitrləri Assosiasiyasının arbitraj qaydalarına və tərəflərin mübahisəyə tətbiq olunmasını razılaşdırdıqları İngiltərə hüququna uyğun olaraq, qərar yekun və məcburidir, ondan apelyasiya şikayəti verilə bilməz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 442 Tarix: 16 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabr