Novruz - milli həmrəyliyin, milli birliyin rəmzidir

Novruz - milli həmrəyliyin, milli birliyin rəmzidirMin illər boyu formalaşan milli-mənəvi dəyərlərmiz, mədəniyyətimiz xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaratmışdır. Vaxıtı ilə milli-mənəvi dəyərlərimizin, dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağaların qoyulmasına rəğmən xalqımız öz tarixi-mədəni irsini qoruyub saxlaya bilmişdir. Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlanıldı. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırdı. Tarixin yaddaş süzgəcindən süzülüb gələn Novruz bayramı gözəl nümunələrdəndir. Bu bayramı səciyyələndirən Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır."
"Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik", - deyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin şaxələndirilmiş şəkildə davamıdır.
Xalqımızın milli-mənəvi irsinin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyəti ilə milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısına və etibarlı müdafiəçisinə çevrilmişdir. Azərbaycanın birinci xanımının milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliğ olunması üçün həyata keçirdiyi layihələr onun əsl vətəndaşlıq mövqeyinin, yüksək mənəvi keyfiyyətlərə malik olmasının bariz nümunələridir. Onun səyi nəticəsində 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunmuşdur. Eyni zamanda, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır.
Bir məsələni də vurğulamaq lazımdır ki, dünyada gedən qloballaşma prosesində milli dövlətçilik ideyaları, milli mədəniyyətin və dəyərlərin qorunması və ötürülməsi məsələsi xüsusi olaraq diqqətdə saxlanılmılıdır. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, "müasir və müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub". Biz öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik. Ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır".
Hər il xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Artıq beş ildir ki, biz bu qədim və tarixi bayramımızı böyük ruh yüksəkliyi, sevinclə keçiririk. Çünki, Qarabağ və Şərqi Zəngəzur azaddır. Prezident İlham Əliyev Şuşada Cıdır düzündə xalq müraciətində də deyirdi ki, "Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik." Bundan sonra bu torpaqlarda ancaq bayramlar keçiriləcəkdir. Artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd edilir.
Novruz yenilikdir, oyanışdır! Təbiət oyanır, insan da təbiətin bir parçası olaraq yeniliyə, canlanmaya can atır. Novruz həm də bərəkət, birlik, həmrəylik rəmzidir! Bizim hər birimizin arzusudur ki, doğma Azərbaycanımızın dövlət müstəqilliyi daha da möhkəmlənsin, güclənsin, qüdrətli olsun! Xalqımız sülh və əmin-amanlıq şəraitində, xoşbəxt və firavan yaşasın!

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 527   Tarix: 16 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

ƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Azərbaycan Alban-Udi xristian dini icması ölkəmizdəki diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:. Bir olan Yaradanımızı

18 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr