Uşaqlıq travmaları böyüklükdə münasibətlərə necə təsir edir? - AÇIQLAMA
İnsan psixologiyasının formalaşmasında uşaqlıq dövrü həlledici mərhələlərdən biri hesab olunur.
Bu dövrdə yaşanan emosional sarsıntılar, laqeyd münasibət, həddindən artıq sərt tərbiyə və ya sevgi çatışmazlığı insanın gələcək davranışlarına və münasibətlərinə təsir edə bilir.
Bəs görəsən uşaqlıq travmaları böyüklükdə münasibətlərə necə təsir edir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Uşaqlıq travmaları insanın emosional yaddaşında iz qoyan təcrübələrdir və bu izlər böyüklük dövründə münasibətlərdə müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, uşaqlıqda davamlı tənqid olunan və ya emosional dəstək görməyən insan böyüdükdə özünü kifayət qədər dəyərli hiss etməyə bilər. Bu da münasibətlərdə özünü daim sübut etməyə çalışmaq, həddindən artıq qısqanclıq və ya əksinə, emosional olaraq uzaq qalmaq kimi davranışlara səbəb ola bilər.
Bəzi hallarda isə uşaqlıqda güvən problemi yaşayan insanlar yetkin yaşlarında da insanlara tam etibar etməkdə çətinlik çəkirlər. Onlar münasibətlərdə tez incimək, tərk edilmək qorxusu yaşamaq və ya qarşı tərəfin davranışlarını həddindən artıq analiz etmək kimi reaksiyalar göstərə bilirlər. Bu, şüurlu şəkildə edilən davranış olmur; əslində insan psixikası özünü qorumağa çalışır.
İnsanların böyük bir hissəsi bu davranışların kökündə uşaqlıq təcrübələrinin dayandığını ilk mərhələdə fərq etmir. Çünki həmin emosional reaksiyalar illərlə formalaşmış və insan üçün sanki "normal davranış modeli"nə çevrilmiş olur. Lakin bəzi əlamətlər buna işarə edə bilər: münasibətlərdə təkrar-təkrar eyni problemlərin yaşanması, həddindən artıq güvən və ya güvənsizlik, tərk edilmək qorxusu, emosiyaları idarə etməkdə çətinlik və ya özünü davamlı günahkar hiss etmək.
Psixoloji maariflənmə və özünü müşahidə etmə bacarığı insanın bu əlaqəni görməsinə kömək edə bilər. Bəzən isə psixoloqla aparılan söhbətlər zamanı insan davranışlarının və emosional reaksiyalarının köklərinin uşaqlıq təcrübələrinə bağlı olduğu daha aydın şəkildə ortaya çıxır. Əsas məsələ isə odur ki, uşaqlıq travmaları insanın gələcəyini dəyişməz şəkildə müəyyən etmir. Doğru psixoloji dəstək və öz üzərində işləmə sayəsində bu təsirləri anlamaq və münasibətlərdə daha sağlam davranış modelləri formalaşdırmaq mümkündür".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…