Həkim Sənan Xankişiyev barəsində məhkəmə iddiası: Pasiyentdən ağır ittihamlar - ŞİKAYƏT
Son dövrlər özəl tibb müəssisələri ilə bağlı şikayətlərin artdığı bir vaxtda daha bir qalmaqallı iddia gündəmə gəlib.
Redaksiyamıza daxil olan müraciətdə vətəndaş Mustafayeva Sevil həkim Sənan Xankişiyev Tofiq oğlu ilə bağlı ciddi iddialar irəli sürüb.
Sonxeber.az xəbərə verir ki, şikayətçinin sözlərinə görə, o, 28 yanvar 2022-ci il tarixində "Arash Estetik Mərkəzi" adlı klinikada müayinə olunub. Bildirir ki, müayinə zamanı ona çənəsində bədxassəli şiş və digər dişlərində kist olduğu deyilib. Bu əsasla bir neçə dişinin çıxarıldığını və implantasiya edildiyini iddia edir.
Pasiyent qeyd edir ki, o, yalnız bir dişə implant qoyulmasına razılıq verib. Onun iddiasına görə, digər müdaxilələr razılığı olmadan, anesteziya altında və psixoloji təzyiq şəraitində həyata keçirilib.
Müraciətdə o da bildirilir ki, biopsiya nəticələri məlum olmadan implant yerləşdirilib və bu müdaxilə nəticəsində sinir zədələnməsi baş verib. Şikayətçi hazırda ömürlük sağlamlıq problemi ilə üzləşdiyini deyir.
Mustafayeva Sevil əlavə edir ki, klinika tərəfindən tibbi sənədlər və rentgen görüntüləri ona təqdim edilmir. Onun sözlərinə görə, hadisə ilə bağlı əlində müxtəlif sübutlar və ekspertiza rəyləri mövcuddur.
Şikayətçi artıq məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və hüquqlarının bərpasını tələb etdiyini bildirib.
Sonxeber.az məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladı və həkim Sənan Xankişiyev pasiyentin iddialarına cavab olaraq bildirdi ki, sübutlar mövcuddur və artıq məhkəməyə təqdim olunub. Qarşı tərəf onu da əlavə etdi ki, məhkəmə prosesi başa çatdıqdan sonra nəticələr tezliklə ictimaiyyətlə paylaşılacaq.hhh4-unikal]


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2332 Tarix: 17 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
20 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabr