İftar süfrəsi üçün maraqlı reseptlər

İftar süfrəsi üçün maraqlı reseptlərAxşam.az "İftar menyusu"nu təqdim edir.

Tutmaç şorbası

Ərzaqlar:
1 stəkan yaşıl mərcimək
1 ədəd soğan
1 stəkan qatıq
1 yumurta
2 x.q un
Evdə kəsilmiş ərişdə
2 x.q kərə yağı
Quru nanə, qırmızı bibər
Duz

Hazırlanması:
Soğanı xırda doğrayıb, yağda qovurun. Mərcini və suyu töküb qaynadın. Mərci bişəndən sonra ərişdəni əlavə edin. Ayrı qabda qatıq, yumurta və unu qarışdırın. Qaynayan şorbadan bir az əlavə edib, qarışığı düyünlənməməsi üçün qarışdırın. Qarışdıra-qarışdıra qazana tökün. Duz əlavə edin və qarışdıraraq bişirin. Sonda kərə yağında nanə və bibəri qızdırıb üzərinə əlavə edin.

İftar süfrəsi üçün maraqlı reseptlərMamzana

Ərzaqlar:
2 ədəd badımcan
3 ədəd qırmızı bibər
3-4 ədəd yaşıl bibər
1 ədəd pomidor
Duz

Üzəri:
Sarımsaq qatıq
1 xörək qaşığı kərə yağı
Qırmızı bibər tozu
Bir az cəfəri

Hazırlanması:
Badımcanları və bibərləri 200 dərəcəlik sobada təxminən 15 dəqiqə bişirin. Soyub doğrayın. Yaşıl bibərləri və pomidorları da doğrayın. Hər şeyi bir qaba qoyun, duz əlavə edin və qarışdırın. Boşqaba tökün. Üzərinə sarımsaqlı qatıq əlavə edin. Yağı ocağın üstündə əridin. Qırmızı bibər tozu əlavə edin və qatığın üstünə tökün.

İftar süfrəsi üçün maraqlı reseptlərMelissa peçenyesi

Ərzaqlar:
Xəmir üçün:
130 qram otaq temperaturunda kərə yağı
1 böyük yumurta
1 stəkan toz şəkər
2 xörək qaşığı kakao
2.5 xörək qaşığı mannı yarması
1 çay stəkanı əzilmiş qoz
1 paket vanil
1 paket qabartma tozu
2 stəkan un

Üzü üçün:
1 çay stəkanı küncüt
1 stəkan fındıq

Şərbət üçün:
3 stəkan su
2 stəkan şəkər tozu
4 damcı limon suyu

Hazırlanması:
Şərbət üçün suyu və toz şəkəri bir qazana tökün, qaynadın qatılaşana yaxın limon şirəsi tökün. Qatılaşmış şərbəti oddan götürün və soyumağa qoyun. Xəmir üçün yumurta, kərə yağı və şəkər tozunu böyük bir qaba əlavə edin. Kakao, mannı yarması, əzilmiş qoz, vanil və qabartma tozu əlavə edib qarışdırın. Sonda unu əlavə edin və əllərinizə yapışmayan bir xəmir hazırlayın. Qoz böyüklüyündə xəmir parçaları götürün və onları toplar halına salın. Küncüd toxumlarını bir qaba qoyun və hər xəmir topunu ona batırıb, soba qabına düzün. Hər xəmir topunun ortasına bir fındıq qoyun və 175 dərəcə isidilmiş sobada bişirin. Hazır olandan sonra üstünə şərbəti tökün. Ən az 45 dəqiqə saxlayın.

İftar süfrəsi üçün maraqlı reseptlər


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 419   Tarix: 17 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021