"10 milyon avro tələb etmək istəyirdim, amma iş tez olsun deyə 5 milyon avro tələb etdim" - Prezident ailəsini şantaj edən şəxs - VİDEO
Azərbaycanda tanınmış şəxslərə və dövlət rəsmilərinə qarşı xaricdə yaşayan təxribatçıların iştirakı ilə həyata keçirilən böyük bir şantaj və qarayaxma kampaniyasının üstü açılıb.
Sonxeber.az xəbər verir ki, bu ilin əvvəlindən başlayaraq xaricdə yaşayan Mehman Hüseynov, Emin Hüseynov, Qabil Məmmədov və digərləri müxtəlif platformalarda Alyona Əliyeva barədə böhtan xarakterli məlumatlar yaymağa başlayıblar. Hətta M.Hüseynov canlı yayımların birində saxta videofraqmentlər nümayiş etdirib.
Eyni vaxtda xaricdə olan bir şəxs xarici telefon nömrələri və elektron poçt vasitəsilə Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə əlaqə saxlayaraq onları şantaj etməyə başlayıb. Həmin şəxs əlində Alyona Əliyevaya məxsus olduğunu iddia etdiyi kadrların olduğunu bildirərək, bu görüntüləri yaymamaq müqabilində beş milyon avro tələb edib.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Keçirilən əməliyyat nəticəsində bu cinayətdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. saxlanılıb. İstintaq zamanı o, cinayətini etiraf edərək detalları açıqlayıb:
"11 fevral tarixində mən Mehman Hüseynov ilə əlaqə yaratmağa çalışdım. Facebook səhifəsi vasitəsilə ona mesaj göndərərək xahiş etdim ki, əlində olan videoları mənə paylaşsın. Qısa bir müddət sonra isə Elman Əliyev və Zəki Səlimov həmin materialları mənimlə paylaşdılar. Hətta Elman Əliyev mənə iki video göndərmişdi. Videoları izlədikdən sonra həqiqətən onların doğru olub-olmadığına inanmadım, vəziyyət çox fərqli görünürdü.
Bütün məlumatları əldə etdikdən sonra, Mehriban Əliyeva, Arzu Əliyeva və Leyla Əliyevanın Facebook səhifələrinə mesaj göndərdim. Onlara bildirdim ki, Alena xanımın şəxsi həyatına dair müəyyən materiallar mənim əlimdədir və onlarla əlaqə saxlamaq istəyirəm.
Heç bir reaksiya olmadığı üçün 15 fevral tarixində Heydər Əliyev Fondunun rəsmi saytına məktub yazaraq öz e-mail ünvanımı və mobil nömrəmi təqdim etdim. Məktubda açıq şəkildə qeyd etdim ki, əgər mənimlə əlaqə saxlamasalar, əldə etdiyim bu məlumatları bütün dünyaya yaymaq məcburiyyətində qalacağam.
Təxminən ayın 18-i Cavid Qurbanovla əlaqə yaratmağa nail oldum. Cavid Qurbanovla biz Telegram vasitəsi ilə əlaqə qurduq, danışıqlar apardıq. Mən Cavid Qurbanova şərtimi səsləndirdim. Dedim ki, mən 10 milyon avro tələb etmək istəyirdim, amma fikrimi dəyişdim və bu iş tez olsun deyə 5 milyon avro tələb edirəm", - deyə saxlanılan şəxs ifadəsində bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 18 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hava KƏSKİN DƏYİŞİR: Temperatur enəcək, GÜCLÜ KÜLƏK XƏBƏRDARLIĞI!
Azərbaycanda may ayının ilk günləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə diqqət çəkir. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində temperatur dalğalanmaları və güclü külək gözlənilir. Bu gün Bakıda havanın temperatur
2 may"Onkologiya"dakı faciə ilə bağlı HƏR ŞEYİ DANIŞDI
Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb. xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb. Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli
2 mayAzərbaycanda müavinətlərlə bağlı YENİ QAYDA
Mayın 1-dən hamiləliyə və doğuma görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Trend-in əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək. Belə ki, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasınd
3 mayAzərbaycan üçün yeni uşaqpulu modeli - Ayda 100 manat…
Rusiyada hamilə qadın doğulacaq körpə üçün verilən zəruri əşyalarla dolu çantanı nümayiş etdirib. Çantanın içində körpəyə lazım ola biləcək bir çox əşyalar yer alıb. Bu təşəbbüsün bütün regionlara aid olmadığı və yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulduğu iddia edilir. Digər ölkələrdə də oxşa
3 mayAzərbaycanda yaz fəsli olmayacaq? - Hazırlaşın, hava kəskin DƏYİŞİR
Yaz fəslinin bitməsinə 1 ay qalsa da, onun xarakterik istiliyi və sabitliyi hələ də hiss olunmur. Hətta may ayında havaların qəfil və kəskin istiləşəcəyi gözlənilir. -a danışan "Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, yazın il
3 mayQızıl almaq istəyənlərə PİS XƏBƏR
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,32% artaraq 4 644.50 ABŞ dollarına bərabər olub. COMEX-d
2 mayEvində bu səhvi edənlər 600 manat cərimə ÖDƏYƏCƏK
Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur. Hüquqşünas Əkrəm Həsənov -a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğun
3 mayXəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. xəbər verirki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ mayın 2-si yerli vaxtla saat 09:50-də qeydə alınıb. Yeraltı təkanlar 3 maqnitudada, 27 km dərinlikdə olub
2 may