DİN-dən bayramda Qarabağa səfər edənlərə - Müraciət
Daxili İşlər Nazirliyi bayramla əlaqədar işğaldan azad edilmiş ərazilərdə yaşayan və bura səfər edən şəxslərə müraciət edib.
Sonxeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Novruz və müqəddəs Ramazan bayramlarını Qarabağda qeyd edən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən əziz soydaşlarımız və ölkəmizin xarici qonaqları!
Bayram günlərinin şən əhval-ruhiyyədə və əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır, təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün zəruri tədbirləri həyata keçirirlər. Vətəndaşlar isə məsuliyyətli davranışları ilə bu sabitliyi daha da möhkəmləndirə bilərlər.
Qarabağa sərbəst və maneəsiz səfər etmək üçün əvvəlcədən müvafiq portalda qeydiyyatdan keçmək vacibdir. Şəxsi minik avtomobili ilə səfər edən şəxslər müəyyən olunmuş marşrutlardan kənara çıxmamalıdırlar.
Bundan əlavə, əraziyə tez alışan və partlayıcı maddələrin aparılması qəti qadağandır. Vətəndaşlara yalnız istirahət üçün nəzərdə tutulmuş məkanlara üz tutmaları tövsiyə olunur.
Beləliklə, Qarabağın dilbər guşələrində ictimai narahatlıq yarada biləcək ən xırda hallardan belə çəkinmək, nümunəvi davranış nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcudur. Ümid edirik ki, bayram tonqalları bütün neqativləri özü ilə aparacaq, geridə xoşbəxtlik, sevgi və hüzur dolu günlər qoyacaq. Bayramlarınız mübarək!"





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 521 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrZeynəb Zamanovaya vəzifə verildi - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind
19 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabr