"Tez uğur qazanmaq" istəyi gənclərin psixologiyasına necə təsir edir? - AÇIQLAMA

"Tez uğur qazanmaq" istəyi gənclərin psixologiyasına necə təsir edir? - AÇIQLAMAMüasir dövrdə xüsusilə gənclər arasında "tez uğur qazanmaq" istəyi getdikcə daha çox yayılır.

Sosial şəbəkələrdə qısa müddətdə böyük nailiyyətlər əldə edən insanların ön plana çıxarılması, "bir gecədə məşhur olmaq" hekayələri bu istəyi daha da gücləndirir.

Bəs "tez uğur qazanmaq" istəyi gənclərin psixologiyasına necə təsir edir?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib :

"Tez uğur qazanmaq" istəyi insanın motivasiyasını artıran faktor kimi görünsə də, bu düşüncə uzunmüddətli perspektivdə bir sıra psixoloji problemlərə yol aça bilər. Ən əsas təsirlərdən biri səbir səviyyəsinin aşağı düşməsidir. İnsan nəticəni tez əldə etməyə alışdıqda, prosesə dözmək, addım-addım irəliləmək onun üçün çətinləşir.

Bu istək həm də daimi narazılıq hissi yaradır. Çünki real həyatda uğur çox vaxt zaman, zəhmət və təkrar cəhdlər tələb edir. Gözləntilər yüksək, nəticələr isə gec olduqda insan özünü uğursuz hesab etməyə başlayır. Bu da özünə inamın azalmasına və hətta depressiv əhvalın formalaşmasına səbəb ola bilər.

Digər tərəfdən, "tez uğur" düşüncəsi insanı riskli və düşünülməmiş qərarlar verməyə yönəldə bilər. Qısa yolla nəticə əldə etmək istəyən şəxs bəzən etik və ya təhlükəli seçimlərə meyl edə bilir.

Psixoloji baxımdan daha sağlam yanaşma isə prosesə fokuslanmaqdır. Uğuru bir nəticə kimi deyil, inkişaf yolu kimi qəbul etmək, kiçik nailiyyətləri dəyərləndirmək və səbrli olmaq insanın həm emosional sabitliyini qoruyur, həm də daha dayanıqlı uğurlar əldə etməsinə kömək edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1315   Tarix: 19 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çipslərə aksiz vergisi qoyulur

Çips aksizli mal olur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğind

18 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Övladına ev bağışlayan valideyn sonradan əmlakını geri ala bilərmi? - Ekspertdən AÇIQLAMA

Daşınmaz əmlakın bağışlanması zamanı mülkiyyət hüququ bağışlanan şəxsə keçir. Lakin sonradan tərəflər arasında mübahisə yaranması, bağışlayanın qərarından peşman olması və ya müqavilənin bağlanması zamanı qanun pozuntularının aşkar edilməsi belə əqdlərin ləğvi məsələsini gündəmə gətirir. Xüsusilə, valideynləri

18 noyabr
.

Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bəzən vətəndaşlar özlərinə məxsus olmayan torpaq sahəsində ev tikir, yaxud torpaq sahibinin razılığı ilə inşa etdikləri tikilinin sonradan hüquqi taleyi ilə bağlı problemlərlə üzləşirlər. Belə hallarda torpaq mülkiyyətçisinin həmin ev üzərində hər hansı hüququnun olub-olmaması, tikilinin sökülüb-sökül

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Direktorların işə qəbul nəticələri - Açıqlandı

2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları

16 noyabr
.

Şəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar

Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr